"Azərbaycanın Ukraynadakı enerji obyektləri və digər mülkiyyətinin təhlükəsizliyi təmin edilməlidir"- DEPUTAT
Xəbər verdiyimiz kimi Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.Görüş zamanı 5 iyul tarixində axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananların olduğu xatırlanıb.
Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi bildirilib.
Məsələ ilə bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, Rusiya tərəfindən Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə dron hücumu ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunaraq ona kəskin etiraz notası təqdim edilib!
"Bu, Azərbaycanın öz dövlət maraqlarını və xaricdə yerləşən mülkiyyətini qorumaq baxımından tamamilə əsaslandırılmış və beynəlxalq hüquqa uyğun addımdır.Qeyd etmək lazımdır ki, Azərbaycanın Ukraynadakı obyektlərinə zərər dəyməsi ilk hal deyil. Belə hadisələrin təkrar xarakter alması onların təsadüfi deyil, müəyyən sistemlilik daşıdığı barədə suallar yaradır. Bununla yanaşı, məsələyə Rusiya-Ukrayna müharibəsinin hazırkı dinamikası fonunda da yanaşmaq lazımdır.
Son dövrlərdə Ukrayna pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın enerji infrastrukturu və neft emalı müəssisələrinə intensiv zərbələr endirir. Bu hücumlar Rusiyada yanacaq təminatına və logistika imkanlarına müəyyən təsirlər göstərib. Rusiya da öz növbəsində Ukraynanın enerji və yanacaq infrastrukturunu, o cümlədən yanacaqdoldurma məntəqələrini hədəfə alır. Yəni müharibə aparan tərəflər qarşı tərəfin strateji və iqtisadi əhəmiyyət daşıyan obyektlərini sıradan çıxarmağa çalışırlar.Lakin müharibənin gedişi heç bir halda Azərbaycana məxsus mülki obyektlərin hədəfə alınmasına bəraət qazandıra bilməz".
Deputat vurğulayıb Azərbaycanın Ukraynadakı enerji obyektləri və digər mülkiyyətinin təhlükəsizliyi təmin edilməlidir:
"Eyni zamanda, Azərbaycanın diplomatik nümayəndəliklərinin və milli şirkətlərinə məxsus obyektlərin təhlükəsizliyi beynəlxalq hüququn normaları çərçivəsində qorunmalıdır. Bu baxımdan Azərbaycanın Rusiyaya etiraz notası təqdim etməsi düzgün və prinsipial mövqedir. Hesab edirəm ki, bu nota Rusiya tərəfindən diqqətlə araşdırılacaq və aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınacaq. Ən azı, gələcəkdə Ukraynada Azərbaycana məxsus obyektlərə qarşı həyata keçiriləcək hərbi əməliyyatların planlaşdırılması zamanı daha həssas yanaşmanın nümayiş etdirilməsi və bu cür insidentlərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsi ehtimalı arta bilər. Bununla belə, müharibə şəraitində belə hadisələrin tamamilə istisna ediləcəyinə dair qəti təminat vermək də mümkün hesab etmirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır