Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı məhkəmə iddiası rədd edilib - SƏİDƏ BƏKİRQIZININ VƏKİLİNDƏN AÇIQLAMA
Blogger Sevinc Hüseynovanın tanınmış teleaparıcı, "Bax Da" və "Əsas TV" kanallarının rəhbəri Səidə Bəkirqızına qarşı qaldırdığı məhkəmə iddiası təmin olunmayıb. Aparıcının vəkili Yaqub Nəcəfli BiG.AZ-a açıqlamasında bildirdi ki, "Sumqayıt Şəhər Məhkəməsində Hüseynova Sevinc Bağman qızının Bayramova Səidə Bəkir qızına qarşı xüsusi ittiham qaydasında verdiyi ərizəyə baxılıb.
Məhkəmə baxışının nəticəsi olaraq xüsusi ittiham qaydasında verilmiş şikayət icraata götürülməyib.
Bu nəticə bir daha göstərir ki, cinayət təqibi aləti şəxsi münasibətlərin, əsassız ittihamların və emosional iddiaların davamı kimi istifadə edilə bilməz. Böhtan və təhqir kimi ittihamlar ciddi hüquqi əsas, konkret sübut və qanunun tələb etdiyi prosessual çərçivə olmadan məhkəmə icraatına çevrilə bilməz.
Bayramova Səidə Bəkir qızı barəsində irəli sürülmüş iddiaların məhkəmə icraatına qəbul edilməməsi müdafiə tərəfinin mövqeyinin əsaslı olduğunu göstərən mühüm prosessual nəticədir.
Səidə xanımın vəkili olaraq bildirirəm ki, bu tip şikayətlər ictimai nüfuza təzyiq vasitəsi kimi deyil, yalnız real hüquqi əsaslar olduqda qaldırılmalıdır. Əks halda, məhkəmə mexanizmlərinin əsassız iddialarla yüklənməsi həm ədalət mühakiməsinin mahiyyətinə, həm də şəxslərin hüquqi təhlükəsizliyinə ziddir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 804 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrƏhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
16 sentyabrGöylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar
Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"
15 sentyabrAzərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli
16 sentyabrƏhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər
17 sentyabrSükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabr