"Ukraynada enerji obyektlərimizin və diplomatik nümayəndəliklərinin vurulmasının heç bir bəhanəsi ola bilməz" - Deputat
"Azərbaycanın Ukraynadakı enerji obyektləri və digər mülkiyyətinin təhlükəsizliyi təmin edilməlidir. Enerji obyektlərimizin və Azərbaycanın diplomatik nümayəndəliklərinin vurulmasının heç bir bəhanəsi ola bilməz".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.
Deputat qeyd edib ki, Rusiya tərəfindən Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinə dron hücumu ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunaraq ona kəskin etiraz notası təqdim edilməsi ölkəmiz tərəfindən atılan haqqlı addımdır:
"Bu, Azərbaycanın öz dövlət maraqları ilə yanaşı həm də xaricdə yerləşən mülkiyyətini qorumaq baxımından beynəlxalq hüquqa uyğun addımdır. Rusiyanın dron hücumları nəticəsində Ukraynada Azərbaycanın obyektlərinin zərər görməsi ilk hal deyil. Bu cür addımların təkrarlanması bizdə müəyyən sualların yaranmasına səbəb olur.
Son dövrlərdə Ukrayna pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın enerji infrastrukturu və neft emalı müəssisələrinə intensiv zərbələr endirir. Bu hücumlar Rusiyada yanacaq təminatına və logistika imkanlarına müəyyən təsirlər göstərib. Rusiya da öz növbəsində Ukraynanın enerji və yanacaq infrastrukturunu, o cümlədən yanacaqdoldurma məntəqələrini hədəfə alır. Hər iki ölkə bir-birinin strateji və iqtisadi əhəmiyyət daşıyan obyektlərini sıradan çıxarmağa çalışırlar.Amma bu Azərbaycana məxsus mülki obyektlərin hədəfə alınmasına bəraət qazandıra bilməz".
Deputat vurğulayıb ki, Azərbaycanın diplomatik nümayəndəliklərinin və milli şirkətlərinə məxsus obyektlərin təhlükəsizliyi hər iki ölkə tərəfindən beynəlxalq hüququn normaları çərçivəsində qorunmalıdır. Bununla bağlı hər iki ölkənin beynəlxalq hüquqla tənzimlənən öhdəlikləri mövcuddur:
"Bu baxımdan Azərbaycanın Rusiyaya etiraz notası təqdim etməsi düzgün və prinsipial mövqedir. Hesab edirəm ki, bu nota Rusiya tərəfindən diqqətlə araşdırılacaq və aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınacaq. Əks təqdirdə Rusiya tərəfindən bu cür addımların təkrarlanması hər iki ölkə arasında münasibətlərə mənfi təsir göstərə bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 638 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrƏhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
16 sentyabrGöylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar
Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"
15 sentyabrAzərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli
16 sentyabrƏhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər
17 sentyabrSükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabr