AZAL Qars şəhərinə uçuşlara başlayır
"Azərbaycan Hava Yolları" QSC (AZAL) iyulun 30-da Türkiyənin Qars şəhərinə uçuşlara başlayacaq.
Bu barədə Sonxeber.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, Qarsın Azərbaycan Hava Yollarının qardaş ölkədəki 9-cu istiqaməti kimi marşrut şəbəkəsinə əlavə olunması ilə Türkiyə aviaşirkətin ən çox istiqamətlə təmsil olunduğu ölkəyə çevrilir: "Qars şəhərinə açılan reyslər Azərbaycan ilə Türkiyə arasında artan sərnişin tələbatına cavab verməklə yanaşı, iki ölkə arasında hava əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək".
Bakı-Qars-Bakı marşrutu üzrə uçuşlar həftədə 2 dəfə, cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət üzrə biletlər artıq satışdadır.
"Türkiyənin tarixi və turizm baxımından əhəmiyyətli şəhərlərindən biri olan Qars zəngin tarixi irsi, memarlıq abidələri və özünəməxsus mədəniyyəti ilə seçilir. Şəhər "UNESCO"nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Ani şəhəri, tarixi Qars qalası və qış mövsümündə beynəlxalq turistlərin böyük maraq göstərdiyi Sarıqamış xizək kurortu ilə tanınır. Bundan əlavə, Qars regionu yerli mətbəxi və təbii gözəllikləri ilə də səyahətsevərlərə fərqli təcrübə təqdim edir", - məlumatda qeyd olunub.
Qeyd edilib ki, yeni marşrut həm Türkiyənin şərq bölgələrində yaşayan, həm də Azərbaycandan səfər edən sərnişinlər üçün daha yeni bir istiqamətə rahat və birbaşa səyahət imkanı yaradacaq. Reyslər turizm səfərləri ilə yanaşı, ailə ziyarətləri və işgüzar səfərlər üçün də əlavə imkanlar təqdim edəcək.
Biletləri aviaşirkətin rəsmi internet səhifəsi, AZAL mobil tətbiqi və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 120 Tarix: 07 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İyulun 9-na qədər yağış yağacaq - Xəbərdarlıq
Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensi
6 iyulBəzi rayonlara leysan yağır
Azərbaycanın əksər yerlərində arabir şimşək çaxır, yağış yağır, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub. Milli Hidrometeorologiya Xidmətinin iyulun 7-si saat 9:00-a olan məlumatını təqdim edir:. Düşən yağıntının miqdarı Balakəndə 11 (aylı
7 iyulBakıda və rayonlarda külək güclənəcək
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 7-8-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən
6 iyulGecə 3-də meyiti tapıldı
Bakıda 32 yaşlı kişi müəmmalı şəraitdə ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 03 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü R.Rzayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib. Onun hansı səbəbdən vəfat etməsi rayo
6 iyulDənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub. Məlumatl
6 iyulDövlət qurumunun əməkdaşı 32 yaşında vəfat etdi
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşı Xanbala Əhmədli vəfat edib. xəbər verir ki, o, 32 yaşında dünyasını dəyişib. Onun xərçəng xətəliyindən öldüyü bildirilir. Xanbala Əhmədli həmin müəssisədə Monitorinq şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb
6 iyul