"Uşaqlarların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət onları kiberzorakılıqdan və yarana biləcək digər risklərdən qoruyacaq" - DEPUTAT

"Uşaqlarların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət onları kiberzorakılıqdan və yarana biləcək digər risklərdən qoruyacaq" - DEPUTAT"Yeni qanun layihəsinə əsasən, 16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi hesab açmasına icazə verilməyəcək. Eləcə də 16-18 yaş arası yeniyetmələr üçün valideyn nəzarəti və əlavə təhlükəsizlik tədbirləri tətbiq olunacaq. 16 yaşa qədər uşaqların sosial şəbəkələrdə qeydiyyatına qoyulan məhdudiyyətlə bağlı qanun artıq bir çox ölkələrdə qəbul olunub. Bu qanun layihəsinin qəbulu birbaşa uşaqların mənfi informasiyalardan qorumaq məqsədi daşıyır".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, bu qanun sosial şəbəkələrin uşaqlar üçün yarada biləcəyi əsas risklər qoruyacaq:

"İlk olaraq kiberzorakılıqdan. Təhqir, hədələmə, lağ etmə və sosial təzyiq uşağın psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Bundan əlavə sosial şəbəkələrdə paylaşılan, uşaqlar yaşlarına uyğun olmayan zorakılıq, pornoqrafiya, narkotik və ya özünə zərər verməyi təşviq edən məzmunla qarşılaşa bilərlər. Bu gün sosial şəbəkələrdə insanlardan inamindan istifadə edib onu istismar etməyə çalışır. Eləcə də də uşaqları. Fırıldaqçılar və ya pis niyyətli şəxslər saxta profillərlə uşaqlarla əlaqə yarada, onların etibarını qazana və istismar etməyə çalışa bilərlər. Belə ki, uşaqlar bilmədən ünvan, məktəb, telefon nömrəsi və ya şəkillərini paylaşaraq öz təhlükəsizliklərini riskə ata bilərlər. Ona görə də düşünürəm ki? 16 yaşa qədər uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması doğru qərardır".

Deputat vurğulayıb ki, sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına və davranışına da mənfi təsir göstərir:
"Sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək dərsə, yuxuya, fiziki fəaliyyətə və ailə münasibətlərinə mənfi təsir göstərməklə yanaşı həm də başqaları ilə özünü müqayisə etmək özünəinamın azalmasına, narahatlıq və depressiya əlamətlərinin artmasına səbəb ola bilər.

Uşaqlar internetdə yayılan yalan məlumatları həqiqət kimi qəbul edirlər. Ona görə də bu riskləri azaltmaq üçün valideyn nəzarəti, uşaqlarla internet təhlükəsizliyi barədə açıq söhbətlər, məxfilik ayarlarının düzgün qurulması və sosial şəbəkələrdən yaşa uyğun, məhdud istifadə mühüm rol oynayır. Ən önəmlisi isə uşaqlar sosial şəbəkələrdə itirdikləri vaxtı artıq təhsilə və digər onlar üçün xeyirli olan sahələrə yönəldə bilərlər. Bunun üçün də düşünürəm 16 yaşa qədər uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması sağlam gələcəyin formalaşması üçün verilən ən doğru addımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 332   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda "Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı" keçirilir. AZƏRTAC xəbər verir ki, "Türk Dövlətləri Təşkilat

16 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr
.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Göylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar

Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"

15 sentyabr
.

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama

Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini

16 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər

17 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr