"2026-cı ilin sonunadək ümumilikdə 34 500 ailənin Qarabağ və Şərqi Zəngəzura qayıdışı planlaşdırılır" - DEPUTAT
"Uzun illər dağıntılara və vandalizmə məruz qalmış Qarabağ və Şərqi Zəngəzurda bu gün həyat yenidən qurulur. Dövlət tərəfindən həyata keçirilən sistemli və mərhələli layihələr nəticəsində regionda bərpa və quruculuq işləri paralel şəkildə icra olunur, sosial və iqtisadi infrastruktur yenidən formalaşdırılır".
Bunu Sonxeber.az-a danışan deputat Aydın Mirzəzadə bildirib.
Deputat qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində köç prosesi mərhələli şəkildə davam etdirilir!
"Dövlət tərəfindən yaşayış məntəqələrinin bərpası, yeni evlərin, məktəblərin, xəstəxanaların, yolların və digər infrastrukturun tikintisi həyata keçirilir. Məqsəd keçmiş məcburi köçkünlərin təhlükəsiz və davamlı şəkildə öz doğma yurdlarına qayıtmasını təmin etməkdir.Son aylarda müxtəlif yaşayış məntəqələrinə növbəti köç karvanları göndərilib və yeni ailələrin məskunlaşdırılması davam edir.2026-cı ilin iyul ayına olan məlumata görə, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə təxminən 6 000-dən çox ailə köçürülüb. Bu, 24 mindən çox insanın doğma yurdlarına qayıtması deməkdir. Köç prosesi mərhələli şəkildə davam edir və yeni yaşayış məntəqələri istifadəyə verildikcə ailələrin sayı artır. Dövlət Proqramına əsasən isə 2026-cı ilin sonunadək ümumilikdə 34 500 ailənin (təxminən 140 min nəfərin) Qarabağ və Şərqi Zəngəzura qayıdışı planlaşdırılır".
Deputat vurğulayıb ki, 2026-cı ilin sonuna qədər Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 100-dən çox yaşayış məntəqəsinin yenidən qurulması və bərpası başa çatacaqdır:
"Təbii ki, keçmiş məcburi köçkünlərin qayıtdığı hər bir yaşayış məntəqəsi bütün infrastrukturla təmin edilir və 30 il əziyyətli köçkün həyatı yaşamış insanların firavan həyatlarına davam etdirilməsi üçün dövlətimiz tərəfindən bütün şərait yaradılır. Bu gün uğurla həyata keçirilən Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. İllər boyu vətən həsrəti ilə yaşayan soydaşlarımızın, onların övladlarının öz doğma yurduna dönməsi, burada həyata davam etməsi, qurub-yaratması onlar üçün əvəzedilməz hissdir ".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 393 Tarix: 08 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrƏhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
16 sentyabrGöylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar
Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"
15 sentyabrAzərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli
16 sentyabrƏhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü
Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər
17 sentyabrSükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabr