"Azərbaycan-ABŞ arasındakı dostluq münasibətləri və hər bir sahədəki əməkdaşlıq yüksələn uğurla inkişaf edir" - DEPUTAT
"Son dövrlər Azərbaycan-ABŞ arasındakı dostluq münasibətləri və hər bir sahədəki əməkdaşlıq yüksələn uğurla inkişaf edir".
Bunu Sonxeber.az-a danışan Vüqar İskəndərov bildirib.
Deputat qeyd edib ki, bu gün Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub:
"Azərbaycan ABŞ ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması isə ikitərəfli münasibətlərin inkişafında tarixi mərhələ hesab olunur.Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ lideri Donald Trampın dəvəti ilə ötən ilin avqustunda ABŞ-na səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin əsasını qoyub. 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması məhz Vaşinqtonda baş tutdu. Bu, Cənubi Qafqazda uzun illər davam edən münaqişədən sonra regional sabitlik istiqamətində atılan ən mühüm diplomatik addımlardan biri idi. Bu hadisə yalnız Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırmadı, həm də Azərbaycan-ABŞ əlaqələrinə yeni məzmun qazandırdı. Bu addım Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin beynəlxalq platformada növbəti mərhələyə keçdiyini göstərdi"
Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri zamanı Ağ Evin rəmzi açarının dövlətimizin başçısına təqdim edilməsi və "Azadlığa Dəstək Aktı"na edilən ədalətsiz 907-ci düzəlişdən Azərbaycan Prezidentinin iştirakı ilə oval ofisdə imtina edilməsi iki ölkə arasında münasibətlərin bundan sonra da yüksək səviyyədə olacağından xəbər verir:
"Hazırda Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq bir neçə əsas istiqamətdə davam edir. Bu gün hər iki ölkə üçün enerji, iqtisadiyyat, təhlükəsizlik və regional sabitlik sahələrində əməkdaşlığa xüsusi önəm verir. İki ölkə regional təhlükəsizlik, sülh prosesi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir.ABŞ Azərbaycanın mühüm ticarət və investisiya tərəfdaşlarından biridir. ABŞ sərmayəli yüzlərlə şirkət Azərbaycanda fəaliyyət göstərir.2026-cı ilin fevralında imzalanan Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə kömək etdi. İki ölkə liderləri arasında dostluq münasibətləri bundan sonra da Azərbaycan-ABŞ arasındaki bütün sahələr üzrə olan əməkdaşlığın daha inkişaf edəcəyindən xəbər verir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 351 Tarix: 08 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021