Qərbi Azərbaycanlıların qaçqınlıq statusu yenidən bərpa oluna bilərmi? - AÇIQLAMA

Qərbi Azərbaycanlıların qaçqınlıq statusu yenidən bərpa oluna bilərmi? - AÇIQLAMABu gün təklif olunan məsələlərdən biri qərbi azərbaycanlılara 2005-ci ildən əvvəl mövcud olmuş kommunal güzəştlərin və ya keçmiş qaçqın statusunun bərpasıdır. Ümumiyyətlə, qərbi azərbaycanlılara yenidən qaçqınlıq statusu verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, qərbi azərbaycanlıların qayıdışı öz doğma torpaqlarına qayıdışı bu gün müzakirə edilən əsas humanitar və siyasi mövzulardan biridir:

"Tələbimiz isə aydındır. Vaxtilə indiki Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların təhlükəsiz, ləyaqətli və sülh yolu ilə öz doğma yurdlarına qayıdışın beynəlxalq hüquq çərçivəsində təmin edilməsidir. Sülh sazişindən sonra bu qayıdış mərhələli şəkildə həyata keçirilə bilər. Əgər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa və təhlükəsizlik təminatları yaradılarsa, qayıdış hüququ ilə bağlı danışıqların başlanması mümkün ola bilər. Azərbaycan bu məsələnin beynəlxalq hüquq və insan hüquqları çərçivəsində həllini müdafiə edir. Qərbi azərbaycanlıların qayıdışın təhlükəsiz, könüllü və ləyaqətli şəkildə həyata keçirilməlidir".

Deputat vurğulayıb ki, 2005-ci ilə qədər qüvvədə olmuş bəzi kommunal güzəştlərin və sosial təminatların Qərbi azərbaycanlılara əvvəlki qaydada yenidən verilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilsə də, hazırda bununla bağlı rəsmi qərar yoxdur:

"Bu məsələ Milli Məclisdə də dəfələrlə müzakirə olunub. Bilirsiniz ki, Milli Məclisdə və ictimai müzakirələrdə Qərbi azərbaycanlıların sosial müdafiəsinin gücləndirilməsi, onlara əlavə dəstək mexanizmlərinin yaradılması barədə fikirlər irəli sürülüb. Amma bu gün müzakirə edilən əsas məsələ onların hüquqlarının bərpası və tarixi yurdlarına təhlükəsiz qayıdış hüququnun təmin edilməsinə yönəlib. Düşünürəm ki, gələcəkdə 2005-ci ildən əvvəl mövcud olmuş kommunal güzəştlərin və ya keçmiş qaçqın statusunun bərpa edilməsi məsələsi müzakirə oluna bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 573   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA

Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda

16 sentyabr
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16 sentyabr
.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı

16 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr