Torpaq mübahisəsi faciə ilə nəticələnib: 3 ailə üzvünü öldürən şübhəli təslim olub - VİDEO

Torpaq mübahisəsi faciə ilə nəticələnib: 3 ailə üzvünü öldürən şübhəli təslim olub - VİDEOTürkiyənin Ordu vilayətinin Fatsa rayonunda torpaq mübahisəsi zəminində baş verən silahlı insident nəticəsində 3 nəfər həyatını itirib.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, təqaüddə olan imam Muharrem Gülen aralarında uzun müddətdir torpaq mübahisəsi olan qardaşı Mehmet Gülen, onun həyat yoldaşı Emine Gülen və oğlu Resul Gülenin iş yerinə gedib. Tərəflər arasında yaranan mübahisə qısa müddətdə davaya çevrilib.

Şübhəli tapança ilə qardaşı, gəlini və qardaşı oğluna atəş açıb. Resul Gülen hadisə yerində ölüb, ağır yaralanan Mehmet və Emine Gülen isə xəstəxanaya çatdırılsalar da, həkimlərin səylərinə baxmayaraq həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra qaçan Muharrem Gülenin saxlanılması üçün polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. O, hadisədən bir gün sonra Fatsanın Tepecik məhəlləsində hüquq-mühafizə orqanlarına könüllü təslim olub.

Faktla bağlı araşdırma davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 643   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021