Azərbaycanda bu şagird və tələbələrə sığorta pulu ödəniləcək
Xəbər verdiyimiz kimi Milli Məclisin plenar iclasında "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə edilərək qəbul olunub. Yeni dəyişikliklər beynəlxalq praktikaya əsaslanmaqla bir sıra mütərəqqi müddəaların qanunvericiliyə gətirilməsini təmin edəcək. Belə ki, qanunvericiliyə edilən dəyişikliyə bəzi şagird və tələbələrə sığorta pulunun ödənilməsi nəzərdə tutulur. Sığorta ödənişi hansı şagird və tələbələrə ediləcək?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, söhbət istehsalat təcrübəsi (təlimi) keçən şagird və tələbələrdən gedir:
"Milli Məclisdə müzakirə olunan qanun dəyişikliyinə əsasən, istehsalat təcrübəsi zamanı baş verə biləcək bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə həmin şagird və tələbələr icbari sığorta ilə təmin olunacaqlar. Sığorta haqqı təcrübə başlayandan sonra müəyyən edilmiş müddətdə ödəniləcək.Əgər təcrübə zamanı sığorta hadisəsi baş verərsə, qanunvericiliyə uyğun olaraq ödənişlər nəzərdə tutulur. Ödənişlər aylıq, birdəfəlik və ya zəruri hallarda əlavə sığorta ödənişi formasında olacaq. Yəni bu, bütün şagird və tələbələrə verilən aylıq pul deyil, yalnız istehsalat təcrübəsi zamanı baş vermiş sığorta hadisələrinə aid edilən təminatıdır".
Deputat vurğulayıb ki, hazırda qüvvədə olan qanuna əsasən, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin də istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanması nəzərdə tutulsa da, onlara münasibətdə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilməmişdir:
"Yəni, xüsusən də tələbələr təcrübə keçən zaman sığorta hadisəsi baş verdiyi halda onlara sığortanın ödənilməsi mümkün olmur. Ona görə də qanuna dəyişiklik edilməsi vacib idi".
Deputat sığorta ödənişinin istehsalat təcrübəsi keçən tələbə və şagirdlər üçün sığorta haqqı təcrübənin başladığı tarixdən 15 iş günü ərzində rəsmiləşdiriləcəyini qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1883 Tarix: 08 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabrAzərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrMənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı
16 sentyabr"Bank of Baku"dan ŞİKAYƏT VAR
Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə
16 sentyabrTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabr