Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayıb: Valideynlərin bilməli olduğu əsas məqamlar

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayıb: Valideynlərin bilməli olduğu əsas məqamlarMəktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi artıq "mygov" platforması üzərindən həyata keçirilir. Vətəndaşlar övladlarını rəqəmsal qaydada növbəyə yazdırmaq və müraciətlərini idarə etmək imkanına sahibdirlər. Elektron sənəd qəbulu xidməti yalnız my.gov.az veb-portalında əlçatandır.

BAKU.WS xəbər verir ki, regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri üçün elektron növbələrin yaradılması prosesi iyulun 7-dən etibarən aktivləşdirilib.

Bakı şəhəri üzrə elektron növbələr isə bu gündən etibarən mərhələli şəkildə aktivləşdiriləcək. Belə ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da istifadəyə veriləcək.

Qeyd edək ki, əvvəllər bq.edu.az informasiya sistemində uşağı hansı valideyn qeydiyyata alıbsa, "mygov" platformasında da müraciət məhz həmin valideynin şəxsi kabineti üzərindən edilməlidir. Uşaq hansı valideynin hesabına əlavə olunubsa, qeydiyyat prosesi yalnız həmin hesab vasitəsilə davam etdirilə bilər.

Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası vətəndaşı olan uşağın şəxsiyyət vəsiqəsinin olması zəruridir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, yaşayış icazəsi olmayan əcnəbilərdən isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Himayə Sənədi tələb olunur.

Sistemə keçid mərhələsində yalnız 2021-2025-ci illərdə anadan olmuş uşaqların məlumatları əks olunur və onların qeydiyyatı mümkündür.

Valideynlər müraciət zamanı ən çox üç məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər. Seçilən bağçalardan hər hansı birinə qəbul təsdiqləndikdə, digər aktiv növbələr avtomatik ləğv olunur.

Hazırda hər hansı məktəbəqədər təhsil müəssisəsində qeydiyyatda olan uşaqlar üçün yenidən müraciət etməyə ehtiyac yoxdur. Lakin valideyn övladını başqa bağçaya köçürmək istəyərsə, yeni müraciət edə bilər. Yeni bağçaya qəbul təsdiqləndikdən sonra müraciətin yekunlaşdırılması üçün uşağın hazırda təhsil aldığı bağçadan ayrılması tələb olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 356   Tarix: 09 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA

Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda

16 sentyabr
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16 sentyabr
.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı

16 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr