Həyat yoldaşının meyitini parçalayıb zibilə atan qadın: "Üzərimdə 40 ilin zülmü var"

Həyat yoldaşının meyitini parçalayıb zibilə atan qadın: "Üzərimdə 40 ilin zülmü var"Türkiyənin Bursa şəhərində həyat yoldaşının meyitini parçalayıb müxtəlif zibil qutularına atmaqda təqsirləndirilən 69 yaşlı Adalet U.-nun məhkəmə prosesi başlayıb.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, Bursa 9-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda "həyat yoldaşını qəsdən öldürmə" ittihamı ilə ağırlaşdırılmış ömürlük azadlıqdan məhrumetmə cəzası tələb olunan təqsirləndirilən şəxs ifadə verib.

Adalet U. müdafiəsində bildirib ki, səhər yuxudan gec oyandıqdan sonra zibili atmaq üçün aşağı enərkən həyat yoldaşını yerdə hərəkətsiz vəziyyətdə görüb. Onun reaksiya vermədiyini deyən qadın axşama qədər gözlədiyini, daha sonra isə qorxuya düşdüyünü söyləyib.

"Onun ölümündə məni günahlandıracaqlarından qorxdum. Meyitin altına torba sərdim, baltaya bənzər alətlə hissələrə ayırdım", - deyə o məhkəmədə ifadə verib.

Təqsirləndirilən şəxs əvvəllər qurban kəsdiyi üçün meyiti parçalamaqda çətinlik çəkmədiyini bildirib. Onun sözlərinə görə, meyit bərkimiş vəziyyətdə olduğundan qan axmayıb. Qadın meyiti hissələrə ayırma prosesinin təxminən 5-6 saat davam etdiyini, daha sonra qalıqları 5-10 torbaya yerləşdirərək gecə saatlarında müxtəlif zibil qutularına atdığını deyib.

Adalet U. hadisədən sonra geyimlərini yuduğunu, istifadə etdiyi aləti və torbaları da zibilə atdığını bildirib. O, yaşadığı qorxu səbəbindən oğullarına heç nə demədiyini, daha sonra isə birlikdə polisə müraciət edərək həyat yoldaşının itkin düşməsi ilə bağlı məlumat verdiklərini qeyd edib.

Məhkəmədə çıxışı zamanı qadın illər boyu həyat yoldaşının ona pis rəftar etdiyini iddia edərək, "Üzərimdə 40-50 ilin zülmü var idi", - deyə bildirib.

İş üzrə məhkəmə araşdırması davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 265   Tarix: 09 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dənizdə 2 nəfər batdı - Biri xilas edildi, digərinin meyiti tapıldı

Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlə

3 iyul
.

Torpaq mübahisəsi faciə ilə nəticələnib: 3 ailə üzvünü öldürən şübhəli təslim olub - VİDEO

Türkiyənin Ordu vilayətinin Fatsa rayonunda torpaq mübahisəsi zəminində baş verən silahlı insident nəticəsində 3 nəfər həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, təqaüddə olan imam Muharrem Gülen aralarında uzun müddətdir torpaq mübahisəsi olan qardaşı Mehmet Gülen, onun həyat yoldaş

8 iyul
.

Qobustanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA - Yaralıların vəziyyəti açıqlandı

Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 5-də saat 17:50-də Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyya

6 iyul
.

Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı - Video

İntensiv yağan yağışlar nəticəsində Zaqatalada bir sıra küçə və yaşayış məntəqələrini su basıb. "Qafqazinfo" "Shimalnews"a istinadən xəbər verir ki, güclü yağışlar bəzi ərazilərdə sel və daşqınlara səbəb olub. Bildirilib ki, yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi kəski

9 iyul
.

Həyat yoldaşının meyitini parçalayıb zibilə atan qadın: "Üzərimdə 40 ilin zülmü var"

Türkiyənin Bursa şəhərində həyat yoldaşının meyitini parçalayıb müxtəlif zibil qutularına atmaqda təqsirləndirilən 69 yaşlı Adalet U.-nun məhkəmə prosesi başlayıb. xarici mediaya istinadla xəbər verir ki, Bursa 9-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda "həyat yoldaşını qəsdən öldürmə"

9 iyul
.

Ağır yol qəzası: eyni ailədən 3 nəfər həlak olub

Türkiyənin Malatya vilayətinin Arguvan rayonunda gecə saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində eyni ailənin üç üzvü həyatını itirib, bir nəfər isə xəsarət alıb. xarici mediaya istinadla xəbər verir ki, qəza Arguvan rayonunun Morhamam məhəlləsi ərazisində qeydə alınıb. İlkin məlumat

6 iyul
.

Yüzlərlə vətəndaşı aldadan mebel mağazası sahibi yoxa çıxıb - VİDEO

Türkiyənin Aydın vilayətində fəaliyyət göstərən mebel mağazasının sahibinin yüzlərlə müştərini aldadaraq topladığı pullarla yoxa çıxdığı iddia olunur. Hadisə nəticəsində təxminən 500 nəfərin zərərçəkən olduğu bildirilir. xarici mediaya istinadla xəbər verir ki, sifariş etdikləri mebellərin təhvil veriləcəyin

9 iyul
.

Bakıda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 16 yaşlı yeniyetmə isə həyatını itirib. APA-ya istinadən partlayışın baş vermə anının görüntülərini təqdim edirik

4 iyul
.

30 il yediyi göbələk bu dəfə onu zəhərlədi: Reanimasiyaya yerləşdirildi - VİDEO

Türkiyənin Ərzurum vilayətində 30 ildən artıqdır təbiətdən topladığı göbələkləri istehlak edən 50 yaşlı Ekrem Aydəmir bu dəfə ağır zəhərlənərək reanimasiya şöbəsinə yerləşdirilib. xarici mediaya istinadla xəbər verir ki, üç uşaq atası olan və bazarda çalışan Ekrem Aydəmir təxminən bir həftə əvvəl dostlar

6 iyul