Müəllimlərin pensiya yaşı qaldırıla bilərmi? - AÇIQLAMA
Bu gün müzakirə edilən məsələlərdən biri də müəllim və həkimlərin pensiya yaşının artırılmasıdır. Bu məsələ Milli Məclisdə də bir neçə dəfə müzakirə olunub. Həkimlər və müəllimlərin pensiya yaşının artırılması onların sosial durumu üçün faydalı olması ilə yanaşı eyni zamanda paytaxtla yanaşı bölgələrdə də kadr çatışmazlığını aradan qaldıracağı da qeyd edilir.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, pensiya yaşının artırılması və ya azaldılması meselesi cəmiyyətimizdə ən çox müzakirə olunan mövzulardandır:
"İstər həkimlər, istərsə də müəllimlər sağlamlıq imkanları yerində olduğu üçün 65 yaşdan sonra da fəaliyyətlərini davam etdirmək istəyirlər. Bölgələrdə kadr çatışmazlığı olduğu üçün belə bir addımın atılması arzuolunandır. Hesab edirəm ki, bəzi sahələrdə kadr çatışmazlığını aradan qaldırılması üçün mümkün variantlar araşdırıldiqdan sonra bu məsələ müzakirə edilə bilər. Həqiqətən də, bu gün həm həkim, həm də müəllimlərimiz pensiya yaşının müddətinin uzadılmasını arzu edirlər. Bu məsələyə fərdi şəkildə də yanaşmaq da mümkündür. Belə ki, bu məsələyə "yaşın artırılması" kimi deyil də pensiya yaşına çatan, lakin işləmək istəyən və sağlamlıq baxımından işləməyə qadir olan insanların fəaliyyətini davam etdirməsinə imkan yaradılması kontekstində yanaşma məqsədəuyğundur".
Deputat vurğulayıb ki, pensiya yaşı məcburi şəkildə artırılarsa, bu gənc kadrların işə qəbul imkanlarına təsir edəcək:
"Bəzən görürsən ki, gənc pedaqoji və tibb ixtisası üzrə ali məktəbi bitirən gənclər iş tapa bilmirlər. Bu baxımdan, yaşlı kadrların uzunmüddətli saxlanılması gənc mütəxəssislərin motivasiyasına və iş tapmasına mənfi təsir göstərə bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 499 Tarix: 09 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabrAzərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrMənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı
16 sentyabr"Bank of Baku"dan ŞİKAYƏT VAR
Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə
16 sentyabrTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabr