"Uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması uşaqların təhlükəsizliyini artırmaq məqsədi daşıyır" - DEPUTAT
"16 yaşa qədər olan uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması onların həm psixoloji, həm fiziki sağlamlığı üçün atılan mühüm addımdır".
Bunu Sonxeber.az-a danışan deputat Vüqar İskəndərov bildirib.
Deputat qeyd edib ki, 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması uşaqların təhlükəsizliyini artırmaq məqsədi daşıyır:
Bu məhdudiyyət uşaqları zərərli və yaşlarına uyğun olmayan məzmundan qoruyur. Kiberzorakılıq və onlayn təzyiq riskini azaldır.Şəxsi məlumatların paylaşılması və dələduzluq hallarının qarşısını almağa kömək edəcək. Sosial şəbəkə asılılığını azaltmağa və uşaqların dərsə, idmana və digər faydalı fəaliyyətlərə daha çox vaxt ayırmasına şərait yaradacaq. Uşaqların psixoloji sağlamlığın və emosional inkişafın qorunmasına dəstək olacaq. Artıq bir çox ölkələrdə 16 yaşa qədər uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulub. Dünyanın bir çox ölkəsində uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı qanunvericilik sərtləşdirilir"
Deputat vurğulayıb ki, uşaqların sosial şəbəkə asılılığı bir sıra ciddi problemlərə səbəb olur. İlk olaraq sosial şəbəkələrdən asılılıq təhsildə geriləməyə səbəb olur:
"Onlarda dərs oxumağa maraq azalır, diqqət yayınır və akademik nəticələr zəifləyir. Sosial şəbəkələrdən asılılıq uşaqlarda narahatlıq, stress, depressiya, özünəinamın azalması və tənha hiss etmə kimi psixoloji problemlər yaradır. Ən önəmlisi isə uşaqlarda ünsiyyət bacarıqlarının zəifləməsinə səbəb olur. Uşaqlar ailə üzvləri və dostları ilə üzbəüz ünsiyyətdən uzaqlaşırlar. Bundan əlavə sosial şəbəkələrdə uşaqlar kiberzorakılıq, saxta məlumatlar, dələduzluq və şəxsi məlumatların paylaşılması kimi risklərlə qarşılaşa bilərlər. Ona görə 16 yaşa qədər uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması mütləqdir. Bu addım uşaqların boş vaxtlarını daha səmərəli istifadə etməsinə kömək edəcək. Onlar boş vaxtlarını daha çox mütaliə etməyə, idman və digər faydalı fəaliyyətlərə sərf edəcəklər. Bu, onların sosiallaşmasını gücləndirməklə yanaşı, telefon, kompüter və internetdən asılılıq riskini də azaldacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 416 Tarix: 09 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021