"3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir" - DEPUTAT
"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlər siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, ticarət və nəqliyyat sahələrini əhatə edir. Ursula von der Leyenin Bakı səfəri Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, iqtisadi və enerji sahələrində əməkdaşlığın dərinləşməsinə, həmçinin regional əlaqələrin inkişafına müsbət töhfə verdi".
Bunu Sonxeber.az-a danışan deputat Azər Allahverənov bildirib.
Deputat qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
"Ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzaladıqdan sonra Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur
Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.
Bağlantı birmənalı olaraq müzakirələrimizin mühüm hissələrindən biridir. Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı. Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik.
Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Səfər çərçivəsində Azərbaycanın Günəş, külək və su elektrik enerji potensialı, o cümlədən artıq mövcud ötürmə xətləri və tikiləcək yeni xətlər geniş şəkildə müzakirə edildi".
Deputat vurğulayıb, Ursula von der Leyenin Bakı səfəri zamanı regional təhlükəsizlik məsələləri, xüsusən də uğurla gedən Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi də geniş şəkildə müzakirə edildi:
"Qeyd edildi ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan Birgə Bəyannaməni imzalandı. Prezident Tramp, həmçinin şahid kimi imzaladı və əlavə olaraq Ermənistan ilə Azərbaycan sülh sazişinin mətnini parafladılar. Beləliklə, de-fakto sülh qurulub və faydası da görünür.
Ölkə başçısı vurğuladı ki, sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb. Həmin məhdudiyyətlər beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistan tərəfindən işğalı səbəbindən tətbiq edilmişdi. Biz, həmçinin çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq. Bu günün geosiyasi vəziyyətinə gəldikdə, onun əhəmiyyəti heç zaman olmadığı qədər daha da artır.
Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Torpaqlarımız 30 il ərzində işğal altında qalmışdı. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik. Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Ümumiyyətlə, Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi