COVID-19-dan sonra allergiya "partlayışı" müşahidə olunur
Rusiyanın Seçenov Universitetinin Molekulyar Tibb İnstitutunun immunopatologiya laboratoriyasının əməkdaşı, allerqoloq və immunoloq Kseniya Ryabova COVID-19 pandemiyasından sonra allergiya hallarının kəskin artması barədə danışıb. O, bu vəziyyəti koronavirus infeksiyasından sağalan xəstələrdə selikli qişaların zədələnməsi ilə əlaqələndirib.
Oxu.Az xəbər verir ki, mütəxəssis bu barədə "Life.ru" nəşrinə verdiyi müsahibədə bildirib:
"COVID-19 pandemiyasından sonra biz tez-tez allergiya debütləri (ilk təzahürləri) müşahidə edirdik. Buna səbəb selikli qişaların zədələnməsi idi. Nəticədə qişalar allergenlərin adi miqdarı qarşısında belə müdafiəsiz qalır və orqanizmdəki gizli sensibilizasiya klinik formaya keçirdi".
Kseniya Ryabovanın sözlərinə görə, allergiya hətta böyüklərdə belə ağır respirator infeksiyalardan, uzunmüddətli iltihabi proseslərdən və ya genetik meyl üçün təkanverici mexanizm rolunu oynayan güclü psixoemosional sarsıntılardan sonra qəfildən özünü göstərə bilər.
Ekspert əlavə edib ki, çarpaz reaksiyalar istisna olmaqla, böyüklərdə əsl qida allergiyasının ilk dəfə ortaya çıxmasına olduqca nadir hallarda rast gəlinir. Məsələn, ağac tozcuqlarına qarşı allergiyası olan xəstələrdə bəzən çəyirdəkli meyvələrə də reaksiya yarana bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 341 Tarix: 09 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?
Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər. xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur
13 sentyabrKöməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ
Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib. Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyi
13 sentyabrSaç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər
Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi
13 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrİtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"
İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi
14 sentyabrLG televizorları söndürüldükdən sonra da sizi dinləyə bilər - ŞOK ARAŞDIRMA
LG markalı bəzi ağıllı televizorların ekran söndürüldükdən və cihaz gözləmə rejiminə keçirildikdən sonra da istifadəçilər haqqında müəyyən məlumatları toplamağa davam etdiyi iddia olunur. Potensial olaraq problemin yüz milyonlarla cihazı əhatə edə biləcəyi bildirilir. xarici KİV-ə istinadən xəbər veri
11 sentyabrTeleaparıcı kral oldu: Uqandada qeyri-adi hadisə
Uqanda Dövlət Yayımları Korporasiyasının (UBC) məşhur aparıcısı, şahzadə Edvard Rukidi Kidzananqoma ölkə ərazisində yerləşən Toro krallığının yeni hökmdarı elan edilib. bu barədə "Africanews" telekanalına istinadən xəbər verir. Teleaparıcı Toro Vərəsəlik Komitəsinin qərarı ilə kral olub. O
11 sentyabr