Qadınların immun sistemi COVID-19-dan sonra daha sürətlə normala dönür - Elmi araşdırma
Koronavirus infeksiyasından sonra immun sisteminin bərpası pasiyentin cinsindən birbaşa asılıdır. Qadınlarda bu proses yaş qrupundan asılı olmayaraq, kişilərə nisbətən daha sürətlə gedir.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu qənaətə rusiyalı alimlərin apardıqları tədqiqat nəticəsində gəlinib.
Yoluxucu xəstəliklər zamanı həkimlər adətən antikorların səviyyəsinə və limfositlərin ümumi sayına diqqət yetirirlər. Lakin bu göstəricilər immun reaksiyasının yalnız antikor istehsalı ilə bağlı olan hissəsini əks etdirir. Patogenlə təmas anında dərhal aktivləşən anadangəlmə immunitet isə standart analizlərdən kənarda qalır. Onun əsas elementi olan faqositlər antikorlar yaranmamışdan əvvəl virusu məhv etmək gücünə malikdir.
Tədqiqatçılar COVID-19 keçirmiş 19-50 yaş arası pasiyentlərin 206 immunoqramını təhlil ediblər. Bu yaş aralığının seçilməsi təsadüfi deyil: məhz bu dövrdə xəstələnmənin pik həddi müşahidə olunur, 50 yaşdan sonra isə orqanizmdəki yaşla bağlı dəyişikliklər göstəriciləri təhrif edə bilər. Mütəxəssislər xəstəliyin kəskin mərhələsi və sağalma dövrü üçün faqositlərin mütləq sayı, faqositar ədəd (bir hüceyrənin məhv etdiyi patogenlərin sayı) və faqositar indeks (sistemin ümumi aktivliyi) kimi üç parametri qiymətləndiriblər.
Tədqiqatda iştirak edən alimlərdən biri bildirib: "Tədqiqat zamanı müxtəlif pasiyent qruplarında faqositlərin fəaliyyətinin necə dəyişdiyini müəyyən etdik. Koronavirus infeksiyasından sonra immunitetin bərpası cinslə birbaşa əlaqəlidir. Qadınlarda bu proses kişilərlə müqayisədə daha sürətli gedir və bu qanunauyğunluq bütün yaş qruplarında özünü göstərir".
Ehtimal olunur ki, bu vəziyyət hormonal fərqliliklərdən irəli gəlir. Belə ki, estrogenlər stimullaşdırıcı təsir göstərərək hüceyrələrin bərpasını sürətləndirir, kişilərdəki yüksək testosteron səviyyəsi isə immun reaksiyasını zəiflədə bilər.
Tədqiqat müəllifləri həmçinin müəyyən ediblər ki, immun hüceyrələrinin fəaliyyətində ən böyük disbalans 31-40 yaş arası qadınlarda və 41-50 yaş arası kişilərdə müşahidə edilir. Məhz bu qruplar ağırlaşmalar üçün yüksək risk zonasında yer alırlar. Orta hesabla faqositlərin fəallığının normadan kənara çıxması təqribən 20 faiz təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 382 Tarix: 09 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?
Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər. xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur
13 sentyabrKöməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ
Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib. yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib. Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyi
13 sentyabrSaç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər
Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi
13 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrİtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"
İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi
14 sentyabrLG televizorları söndürüldükdən sonra da sizi dinləyə bilər - ŞOK ARAŞDIRMA
LG markalı bəzi ağıllı televizorların ekran söndürüldükdən və cihaz gözləmə rejiminə keçirildikdən sonra da istifadəçilər haqqında müəyyən məlumatları toplamağa davam etdiyi iddia olunur. Potensial olaraq problemin yüz milyonlarla cihazı əhatə edə biləcəyi bildirilir. xarici KİV-ə istinadən xəbər veri
11 sentyabrTeleaparıcı kral oldu: Uqandada qeyri-adi hadisə
Uqanda Dövlət Yayımları Korporasiyasının (UBC) məşhur aparıcısı, şahzadə Edvard Rukidi Kidzananqoma ölkə ərazisində yerləşən Toro krallığının yeni hökmdarı elan edilib. bu barədə "Africanews" telekanalına istinadən xəbər verir. Teleaparıcı Toro Vərəsəlik Komitəsinin qərarı ilə kral olub. O
11 sentyabr