"Sosial şəbəkələrdə paylaşılan zərərli, qeyri-etik və yaşa uyğun olmayan məlumatlar uşaqların inkişafına mənfi təsir göstərir" - DEPUTAT
"16 yaşa qədər olan uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması onları bu platformalarda geniş yayılan kiberzorakılıq, kiberqısnama, yaşa uyğun olmayan məzmuna məruz qalma və onlayn cinsi zorakılıq edən şəxslər ("online predator") tərəfindən istismar riskini minimuma endirilməsi məqsədi daşıyır".
Bunu Sonxeber.az-a danışan deputat Jalə Əliyeva bildirib.
Deputat qeyd edib ki, Azərbaycanda uşaqların yaşa uyğun informasiya əldə etmək və zərərli informasiyadan mühafizəsi hüquqi cəhətdən hələ 2018-ci ildə qəbul edilən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunla tənzimlənir. Lakin son illər sosial şəbəkə platformalarının keçdiyi transformasiya, sadə ünsiyyət vasitəsindən çoxşaxəli, alqoritmlə idarə olunan, bir çox hallarda isə manipulyativ dizayn həllərindən istifadə edən nəhəng ekosistemlərə çevrilməsi daha dəqiq tənzimləmə mexanizmlərini tətbiqini vacib etdi:
"Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və təhlükəsizliyi əsas prioritet mövzular sırasında olub. Xüsusilə də onlayn məkanda. Sosial şəbəkələrin uşaqlar üçün faydalı tərəfləri olsa da, nəzarətsiz istifadə ciddi risklər yarada bilər. Uşaqlar vaxtlarının çox hissəsini sosial şəbəkələrdə keçirir, bu da dərslərinə və gündəlik fəaliyyətlərinə mənfi təsir edir. Əsasən də uşaqların psixologiyasına. Daim müqayisə, bəyənmə (like) gözləntisi, mənfi şərhlər narahatlıq, stress və depressiya riskini artıra bilər. Ən önəmlisi isə uşaqlar sosial platformalarda kibertəcavüzə məruz qala bilərlər. Təhqir, hədə-qorxu və alçaldıcı paylaşımlar uşaqlarda ciddi psixoloji travmalar yarada bilər.
Eləcə də, sosial şəbəkələrdən asılılıq uşaqlarda yuxu pozuntusuna da səbəb olur. Belə ki, gec saatlara qədər telefon istifadə etmək yuxunun keyfiyyətini azaldır və diqqət çatışmazlığına gətirib çıxarır. Xüsusilə də sosial şəbəkələrdən asılılıq uşaqların təhsilinə mənfi təsir göstərir. Diqqətin dağılması nəticəsində dərs nəticələri zəifləyir".
Deputat vurğulayıb ki, sosial şəbəkələrdə paylaşılan zərərli məlumatlar, şiddət, qeyri-etik və ya yaşa uyğun olmayan məzmun uşaqların inkişafına mənfi təsir göstərir:
"Ən önəmlisi isə uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün 16 yaşa qədər uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması doğru qərardır. Belə ki, uşaqlar bilməyərəkdən şəxsi məlumatlarını paylaşaraq dələduzluq və ya digər təhlükələrlə üzləşə bilərlər.
Sosial şəbəkələrdən asılılıq uşaqların ünsiyyət bacarıqlarının zəifləməsinə də səbəb olur. Virtual ünsiyyət real həyatda sosial münasibətlərin qurulmasını çətinləşdirə bilər. Bu riskləri azaltmaq üçün 16 yaşa qədər uşaqlara sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması doğru qərardır. Düşünürəm ki, bu addım uşaqlarda təhsilə, idmana və daha faydalı sahələrə olan marağı daha da artıracaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi