"Sülh sazişinin imzalanması yalnız iki ölkə üçün deyil, bütövlükdə regionun iqtisadi inkişafına müsbət təsir göstərəcək" - DEPUTAT
"Parlament seçkilərindən sonra Azərbaycan-Ermənistan münasibətləri əvvəlki dövrlərlə müqayisədə daha sabit mərhələdədir, danışıqlar davam edir və əsas məqsəd iki ölkə arasında uzunmüddətli sülhün təmin olunmasıdır".
Bunu Sonxeber.az-a danışan deputat Hikmet Babaoğlu deyib.
Deputat qeyd edib ki, sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar davam etdirilir və bir sıra məsələlər üzrə irəliləyiş əldə olunsa da Ermənistan hələ də üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyib:
"Hazırda sərhəddə vəziyyət sabitdir. Ancaq yekun sülh müqaviləsinin imzalanması, sərhədlərin tam müəyyənləşdirilməsi və kommunikasiyaların açılması münasibətlərin tam normallaşması üçün əsas şərtlər olaraq qalır.
Sülh sazişinin imzalanması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə regionun iqtisadi inkişafına da müsbət təsir göstərəcək. Azərbaycan bu sülh sazişinin imzalanması üçün üzərinə götürdüyü bütün öhdəlikləri tam yerinə yetirib. Amma bunu Ermənistana şamil etmək olmaz. Çünki Ermənistan üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib. Sülh sazişinin imzalanması üçün Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri əməl etməlidir. İlk olaraq da Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi şərh edilən müddəaların dəyişdirilməlidir. Bundan əlavə, Ermənistan dövlətlərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə bir-birinə qarşı ərazi iddialarından imtina edilməsi, sərhədlərin delimitasiya və demarkasiyasının başa çatdırılması, nəqliyyat və kommunikasiya xətlərinin qarşılıqlı razılaşmalar əsasında açılması, gücdən istifadə etməmək və ya güclə hədələməmək öhdəliyinin qəbul edilməsi, regional sabitlik və əməkdaşlığın inkişaf etdirilməsi kimi üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdikdən sonra yekun sülh sazişi imazlana Sülh sazişinin imzalanması təkcə Azərbaycan-Ermənistan üçün deyil bütün Cənubi Qafqazda uzunmüddətli sabitliyin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, nəqliyyat əlaqələrinin inkişafına və regionda təhlükəsizliyin güclənməsinə mühüm töhfə verə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi