Azərbaycanda ən çətin imtahanlar: Hər 10 nəfərdən 7-si kəsilir

Azərbaycanda ən çətin imtahanlar: Hər 10 nəfərdən 7-si kəsilirTam və ümumi orta təhsil bazasında yaradıcılıq istiqamətləri üzrə keçirilən qabiliyyət imtahanlarında iştirak edən abituriyentlərin yarıdan çoxu məqbul qiymət ala bilməyib.

Modern.az xəbər verir ki, tam orta təhsil bazasında beş istiqamət üzrə ümumilikdə 4684 nəfər imtahan verib. Onlardan cəmi 1439 nəfər məqbul qiymət alıb. İtirakçıların təxminən 69 faizi uğursuz nəticə göstərib.

Ən çox müraciət idman istiqaməti üzrə qeydə alınıb. Bu sahədə imtahan verən 2288 nəfərdən yalnız 612-si məqbul qiymət alıb.

Təsviri sənət istiqaməti üzrə 1887 nəfərdən 633-ü, musiqi istiqaməti üzrə 266 nəfərdən 134-ü, teatr, kino və xoreoqrafiya istiqaməti üzrə 160 nəfərdən 34-ü, dini-mənəvi xidmət istiqaməti üzrə isə 83 nəfərdən 26-sı məqbul nəticə göstərib.

Statistikaya görə, ən aşağı müvəffəqiyyət göstəricisi teatr, kino və xoreoqrafiya istiqamətində qeydə alınıb. Bu istiqamətlər üzrə imtahan verən 160 nəfərdən cəmi 34-ü məqbul qiymət alıb. Bu isə iştirakçıların yalnız 21 faizinin imtahandan uğurla keçdiyini göstərir.

Orta ixtisas təhsili üzrə də mənzərə fərqli deyil

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanlarında da uğur faizi yüksək olmayıb.

Ümumi orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün 3017 nəfər qeydiyyatdan keçib. Onlardan 1340 nəfəri məqbul qiymət alıb. Beləliklə, 1677 abituriyent, təxminən 56 faizi imtahandan uğurla keçə bilməyib.

Bu kateqoriyada təsviri sənət istiqaməti üzrə 1127 nəfərdən 484-ü, musiqi sənəti üzrə 743 nəfərdən 564-ü, teatr, kino və xoreoqrafiya sənəti üzrə 241 nəfərdən 83-ü, idman istiqaməti üzrə 874 nəfərdən 185-i, dini-mənəvi xidmət istiqaməti üzrə isə 32 nəfərdən 24-ü məqbul qiymət alıb.

Orta ixtisas təhsili üzrə də ən aşağı nəticə idman istiqamətində qeydə alınıb. Belə ki, bu istiqamət üzrə il ərzində imtahanda iştirak edən 874 nəfərdən cəmi 185-i məqbul qiymət alaraq mərhələni uğurla keçib. Bu isə iştirakçıların təxminən 21 faizini təşkil edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 387   Tarix: 10 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən valideyni bu cəza gözləyir - AÇIQLAMA

Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması və onların ailə mühitində lazımi qayğı ilə təmin edilməsi məsələsi xüsusi diqqət tələb edir. Valideynin uşağın tərbiyəsindən, saxlanılmasından və onun hüquq və mənafelərinin müdafiəsindən yayınması müəyyən hüquqi nəticələrə səbəb ola bilər

15 sentyabr
.

Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə

16 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib

16 sentyabr
.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı

16 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləy

15 sentyabr
.

Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA

Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda

16 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ

"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan

16 sentyabr