"Azərbaycan İsraillə uzun illər qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında münasibətlər qurub" - Bəhruz Quliyev
"İsraildə 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınmasına yönəlmiş təşəbbüs ətrafında baş verən proseslər bir daha göstərdi ki, müasir dövrdə diplomatiya təkcə bəyanatlar vermək deyil, həm də dövlətlərin milli maraqlarını prinsipial və ardıcıl şəkildə müdafiə etmək bacarığıdır. Azərbaycanın nümayiş etdirdiyi mövqe məhz bu baxımdan diqqətəlayiqdir.
Azərbaycan hər zaman tarixi hadisələrin siyasi məqsədlər üçün alətə çevrilməsinin əleyhinə çıxış edib. Çünki tarix hüquqi və elmi müstəvidə araşdırılmalı, dövlətlərarası münasibətlər isə qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında qurulmalıdır. Bu baxımdan Bakının İsrail tərəfinə ünvanladığı mesaj emosional deyil, beynəlxalq münasibətlərin qəbul olunmuş prinsiplərinə söykənən praqmatik yanaşma idi."
Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, Azərbaycanın mövqeyi eyni zamanda ölkəmizin xarici siyasət kursunun dəyişməz prioritetlərini də ortaya qoydu. Türkiyə ilə müttəfiqlik münasibətləri Azərbaycanın milli təhlükəsizlik strategiyasının mühüm sütunlarından biridir. "Bir millət, iki dövlət" fəlsəfəsi təkcə siyasi şüar deyil, konkret xarici siyasət qərarlarında öz əksini tapan strateji xəttdir. Buna görə də Ankara üçün xüsusi həssaslıq daşıyan məsələlərdə Azərbaycanın prinsipial mövqe nümayiş etdirməsi tamamilə təbii və gözlənilən idi.
Digər tərəfdən, Azərbaycan İsraillə də uzun illər qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında münasibətlər qurub. Məhz bu etibarlı münasibətlər Bakıya dost ölkə ilə açıq və səmimi dialoq aparmaq imkanı verdi. Əsl strateji tərəfdaşlıq yalnız razılaşmalardan ibarət olmur. Zərurət yarandıqda fikir ayrılıqlarını da qarşılıqlı hörmət çərçivəsində müzakirə etmək həmin tərəfdaşlığın yetkinlik göstəricisidir.
"Diqqət çəkən məqamlardan biri də odur ki, Azərbaycanın arqumentləri İsrail siyasi dairələrində və ekspert mühitində də ciddi müzakirə mövzusuna çevrildi. Bir çox israilli siyasətçi və ekspert bu təşəbbüsün ölkələrinin milli maraqlarına xidmət etmədiyini, regionun geosiyasi reallıqları fonunda əlavə risklər yarada biləcəyini vurğuladılar.
Düşünürəm ki, təşəbbüsün irəliləməsinin dayandırılması Azərbaycanın diplomatik fəaliyyətinin effektivliyini göstərən mühüm nümunələrdən biridir.
Bu hadisə onu da nümayiş etdirdi ki, Azərbaycan artıq yalnız regional prosesləri izləyən dövlət deyil, həmin proseslərə təsir göstərmək imkanına malik nüfuzlu siyasi aktordur. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış, müstəqil və praqmatik xarici siyasət nəticəsində Azərbaycan həm Qərb, həm Şərq, həm də Yaxın Şərqdə etibarlı tərəfdaş kimi qəbul edilir. Bu etimad ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.
Ən mühüm nəticə isə ondan ibarətdir ki, Azərbaycan milli maraqlarına, müttəfiqlik öhdəliklərinə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirir. Məhz bu prinsipiallıq ölkəmizin diplomatik uğurlarının əsas mənbəyidir və gələcəkdə də Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibi olan dövlət kimi mövqeyini daha da gücləndirəcək."-deyə, B.Quliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi