"İsrail bu addımı ilə bir daha Azərbaycanla münasibətlərin qarşılıqlı etimad və dostluq üzərində qurulduğunu sübut etdi"- DEPUTAT
"Azərbaycan-İsrail münasibətləri qarşılıqlı etimad və dostluq üzərində qurulub".
Bunu Sonxeber.az-s danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri son illərdə siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:
"Bu münasibətlər İsrailin "erməni soyqırımı"nı rəsmi şəkildə tanımamasına təsir edən amillərdən biri hesab oluna bilər. Bu gün Azərbaycan İsrail üçün mühüm enerji tərəfdaşıdır. İsrail istehlak etdiyi neftin əhəmiyyətli hissəsini Azərbaycandan alır. Eyni zamanda, iki ölkə müdafiə və yüksək texnologiyalar sahəsində sıx əməkdaşlıq edir. Ən önəmlisi isə uzun illərdir ki, Azərbaycan-İsrail dövlətləri və xalqları arasında dostluq münasibətlərinin günbəgün artması prosesi dayandıran əsas amillərdəndir. Ümumiyyətlə, İsrail özü anlayır ki, "erməni soyqırımı"nın tanınması Cənubi Qafqazda siyasi gərginliyi artıra və sülh prosesinə mənfi təsir göstərə bilər".
Deputat vurğulayıb ki, Bakının prinsipial mövqeyi İsrail daxilində də diqqətdən kənarda qalmadı:
"Bir müddət sonra israilli ekspertlər, siyasətçilər və nüfuzlu media orqanlarında hökumətin qərarının məqsədəuyğunluğu ilə bağlı müzakirələr genişləndi. Səslənən fikirlərdə ortaq məqam ondan ibarət idi ki, bu təşəbbüs İsrailin milli maraqlarına xidmət etmir və regiondakı mühüm tərəfdaşlarla münasibətlərə əlavə problemlər yarada bilər. Bir sıra ekspertlər Azərbaycanın irəli sürdüyü arqumentlərin əsaslı olduğunu bildirərək, qərarın yenidən qiymətləndirilməsinin vacibliyini qeyd ediblər. Əlbəttə ki, Azərbaycanın diplomatik səylərinin konkret nəticə verdiyini göstərən mühüm nümunələrdən biri kimi qiymətləndirilə bilər.
İsrail qərar qəbul edərkən Türkiyə ilə münasibətləri də nəzərə alır. Türkiyə bu məsələyə həssas yanaşır və Azərbaycanla sıx müttəfiqdir. Bu da İsrail rəhbərliyinin Azərbaycana və ölkə lider İlham Əliyevin mövqeyinə göstərdiyi dəyəri bir daha sübut edir. İsrail özü də bu məsələni əsasən tarixi və diplomatik baxımdan qiymətləndirir və uzun illərdir rəsmi tanınma qərarı verməyib. Azərbaycanla strateji və dostluq münasibətləribdə İsrailin bu mövqeyini qorumasına təsir edən mühüm amillərdən biridir. İsrailin qərarına regional təhlükəsizlik, Türkiyə ilə əlaqələr və öz milli maraqları da təsir göstərir. Bir sözlə Azərbaycanın dostluq və qarşılıqlı etimad üzərində qurulan xarici diplomatik münasibətləri, konstruktiv dialoq və ardıcıl diplomatik fəaliyyət yolu ilə həm öz mövqeyini müdafiə etdi, həm də yaranmış gərginliyin daha da dərinləşməsinin qarşısını almağa nail oldu".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi