"Azərbaycan elə bir reallıq yaratdı ki, tarixi miflərə son qoyur, yanlış ideologiyaları kökündən məhv edir" - DEPUTAT
"Cənab Prezident İlham Əliyev milli maraqlara söykənən siyasət yürüdür. Habelə, dövlət başçımız öz çıxışlarında dəfələrlə bildirib ki, bizim üçün qonşularla olan münasibətlər qədər, qonşuların qonşuları ilə olan münasibətlər də xüsusi önəm kəsb edir. Bu isə hərtərəfli, bütün detalları, ən incə məqamları belə nəzərə alan siyasəydir. Strateji tərəfdaşlıq münasibətləri də son dərəcə mühümdür. Amma heç bir halda bu münasibətlər milli maraqlardan və müttəfiqlərin həssaslıqla yanaşdığı məsələlərin fövqündə dayana bilməz. Daha dəqiq isə ən kəskin məqamda Azərbaycan kənarda dayana bilməz.
Azərbaycan həm də konstruktiv dialoqa açıq olan bir ölkədir. Azərbaycanın yanaşması ondan ibarətdir ki, bütün məsələlər dialoq yolu ilə dinc şəkildə həll edilə bilər. Habelə, qarşılıqlı faydalı əməkdaşlıq bütün tərəflərə fayda gətirə bilər. İllər ərzində "erməni soyqırımı"nın siyasi alət kimi, geosiyasi təzyiq vasitəsi kimi istifadə edildiyini görürdük".
Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.
Deputat qeyd edib ki, bu istiqamətdə Azərbaycan elə bir reallıq yaratdı ki, tarixi miflərə son qoyur, yanlış ideologiyaları kökündən məhv edir:
"İsrail və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Habelə, "Bir millət, iki dövlət" prinsipi ilə Azərbaycan-Türkiyə əlaqələrinə prinsipiallıqla yanaşılır və bu münasibətlərə xırda zərər verilməsinə belə imkan verilmir.
Çünki Türkiyə ilə müttəfiqlik münasibətləri bizim dəyişməz prioritetimizdir. Çünki "erməni soyqırımı"nın tanınması Türkiyə üçün nə qədər həssasdırsa, eyni ilə Azərbaycan üçün də həmin əhəmiyyətə malikdir. Buna görə də məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi dərhal və yeganə reaksiya verən tərəf kimi bu məsələni olduqca mənfi qiymətləndirdi".
Deputat vurğulayıb ki, məhz Azərbaycanın bu prinsipial yanaşmasının davamı olaraq İsraildə bir çox ekspertlər, siyasətçilər və nüfuzlu media orqanları da həmin qərarın nə dərəcədə zəruri olub-olmadığını ciddi şəkildə sual və şübhə altına saldılar:
"Bəli, bu məsələdən heç bir halda alət kimi istifadə olunması, bunun süni şəkildə, özü də indiki məqamda üzə çıxarılması yolverilməz idi. Biz bir çox məsələlərdə rəsmi Bakının anlaşılmazlıqları həll etdiyinin şahidi olmuşuq.
Azərbaycanın bu dəfəki prinsipial mövqeyi də bundan öncəki məsələlərlə bağlı ortaya qoyduğu mövqeyin davamı kimi qiymətləndirilməlidir. Bu, həm də Azərbaycanın qətiyyətli siyasəti deməkdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ardıcıl, qətiyyətli və qlobal siyasətin, geosiyasi proseslərin bütün detallarını nəzərə alaraq siyasət yürüdür.Bu baxımdan Azərbaycan növbəti dəfə gərginliyin daha da böyüməsinin vaxtında qarşısını aldı".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi