"Yaşıl enerji layihələri qeyri-neft sektorunun gücləndirilməsi və minlərlə yeni iş yerinin yaradılmasında mühüm əhəmiyyət daşıyır" - Bəhruz
"Azərbaycan son illərdə yaşıl enerji sahəsində həyata keçirdiyi ardıcıl siyasətlə təkcə enerji sektorunda deyil, bütövlükdə milli iqtisadiyyatın inkişafında yeni mərhələnin əsasını qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan enerji siyasəti ölkəmizin ənənəvi karbohidrogen ixracatçısı statusunu qorumaqla yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib.
Yaşıl enerji layihələrinin genişlənməsi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, yeni investisiyaların cəlb olunması və minlərlə yeni iş yerinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan edilməsi həmin ərazilərin müasir texnologiyalar əsasında bərpasına, ekoloji tarazlığın qorunmasına və dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir".
Bu fikirləri Sonxeber.az-a danışan Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, Azərbaycanın külək və günəş enerjisi sahəsində beynəlxalq şirkətlərlə həyata keçirdiyi iri layihələr ölkəmizin enerji ixracı imkanlarını daha da genişləndirir. Bu isə daxili tələbatın bərpa olunan enerji hesabına ödənilməsi nəticəsində təbii qazın daha böyük həcmdə xarici bazarlara yönəldilməsinə şərait yaradır. Beləliklə, dövlət büdcəsinə əlavə valyuta daxilolmaları təmin olunur və iqtisadi dayanıqlıq möhkəmlənir.
Digər mühüm məqam isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun yeni məzmun qazanmasıdır. Əgər indiyədək ölkəmiz əsasən neft və təbii qaz ixracı ilə tanınırdısa, artıq yaşıl elektrik enerjisinin ixracı istiqamətində həyata keçirilən layihələr Azərbaycanı regionun strateji enerji mərkəzi kimi daha da gücləndirir.
Yaşıl enerji sahəsinə qoyulan investisiyalar yalnız bugünkü iqtisadi nəticələrə hesablanmayıb. Bu, gələcək nəsillərin rifahına, ətraf mühitin qorunmasına, innovativ texnologiyaların tətbiqinə və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına xidmət edən uzunmüddətli strateji yanaşmadır.
"Bütün bunlar göstərir ki, Azərbaycanın yaşıl enerji siyasəti təkcə ekoloji təşəbbüs deyil, həm də milli iqtisadi inkişafın, enerji təhlükəsizliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə xidmət edən uğurlu dövlət strategiyasıdır. Bu strategiya ölkəmizin dayanıqlı inkişaf məqsədlərinə çatmasına və Cənubi Qafqazda yaşıl enerji üzrə aparıcı dövlət mövqeyini daha da gücləndirməsinə ciddi töhfə verir."-deyə, B.Quliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi