NASA könüllülər axtarır
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars missiyalarına hazırlıq məqsədilə bir il davam edəcək simulyasiya proqramı üçün dörd könüllü axtardığını açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, "Ay və Marsın Kəşfiyyat Simulyasiyası" adlanan proqramın 2027-ci ilin avqustunda Hyustondakı Conson Kosmik Mərkəzində başlaması planlaşdırılır.
Layihənin məqsədi uzunmüddətli kosmik uçuşların insan sağlamlığı və performansına təsirini öyrənmək, həmçinin gələcək missiyaların risklərini azaltmaqdır.
Simulyasiya çərçivəsində iştirakçılar əvvəlcə 60 kvadratmetrlik kosmik gəmi modelində yaşayaraq, Marsa uçuşu imitasiya edəcəklər. Daha sonra onlar planet səthini təqlid edən 84 kvadratmetrlik bazaya köçəcək, burada məhsul yetişdirəcək, sağlamlıqlarını izləyəcək və xüsusi hazırlanmış ərazidə kosmik yürüşlər həyata keçirəcəklər. Proqramın son mərhələsində isə Yerə qayıdış simulyasiya olunacaq.
Layihə çərçivəsində könüllülərin Marsın vaxt qurşağına uyğunlaşması da araşdırılacaq. Marsda bir sutka Yer vaxtından təxminən 40 dəqiqə uzundur və alimlər bunun yuxu rejimi və iş qabiliyyətinə təsirini öyrənməyi planlaşdırırlar.
NASA proqramda iştirak etmək istəyən namizədlərin mühəndislik, biologiya, fizika və ya riyaziyyat sahəsində ali təhsilli, 30-55 yaş aralığında olan ABŞ vətəndaşları və ya daimi sakinləri olmasını tələb edir. Bundan əlavə, namizədlər fiziki və psixoloji testlərdən keçməli, yuxuda gəzmə problemi yaşamamalı və yuxu dərmanlarından istifadə etməməlidirlər.
NASA-nın əvvəlki oxşar layihələrində iştirak etmiş həkim Natan Cons bildirib ki, bir il ərzində xarici aləmdən təcrid olunmuş şəraitdə yaşamaq emosional baxımdan ciddi sınaqdır. Onun sözlərinə görə, bu təcrübə gündəlik həyatda adi görünən şeylərin - günəş işığının, təbiətin və təzə qidanın dəyərini daha yaxşı anlamağa kömək edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 381 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd
13 sentyabrGələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır
ABŞ-nin "Waymo" şirkəti, "GO" taksi çağırış tətbiqi operatoru və "Nihon Kotsu" taksi şirkəti Tokioda 2027-ci ildə tam avtonom taksi xidmətlərini işə salmağı planlaşdırdıqlarını açıqlayıb. Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir. Xidmətin tədricə
15 sentyabrTrampın impiçment tələbi ilə bağlı sənəd qəbul olunmadı
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni qəbul etməyib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, hazırkı dövlət başçısının təmsil olunduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələ
16 sentyabrRusiyada sabiq nazir axtarışa verildi
Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkənin sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu axtarışa verib. xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi nazirliyə istinadən yayıb. Daha əvvəl verilən xəbərlərdə Nikiforova qarşı cinayət işinin açıldığı bildirilirdi
13 sentyabrLukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə
15 sentyabrABŞ-da atda təhlükəli "ət yeyən" parazit aşkarlandı
ABŞ-da bir atda "New World screwworm" adlanan təhlükəli parazitə yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Hadisə Texas ştatının Meksika sərhədinə yaxın Presidio dairəsində qeydə alınıb. Parazitin sürfələri isti qanlı heyvanların açıq yaralarında canlı toxuma il
13 sentyabrGürcüstan Azərbaycana yeni səfir təyin etdi
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunur ki, Zakaraşvili ölkənin xaricdəki diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsinə malikdir. Diplomat 2021-ci ildə
16 sentyabrABŞ İsrailə 40.000 ədəd hava bombası satmağı planlaşdırır
ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailə hər biri 200 funt (təxminən 907 kq) ağırlığında 40.00 hava bombasını əhatə edəcək 2,8 milyard dollarlıq silah paketi satmağı planlaşdırır. xəbər verir ki, mənbələrin məlumatına görə, müqaviləyə 20.00 MK-84 və 20.00 BLU-117 bombaları, eləcə də 20.0
16 sentyabr