İyun ayı tarixə düşdü
Qərbi Avropada müşahidə olunan güclü istilər fonunda 2026-cı ilin iyun ayı region tarixində ən isti iyun ayı kimi qeydə alınıb. Ötən ay həmçinin qlobal miqyasda müşahidələr tarixinin ikinci ən isti iyun ayı olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) məlumat yayıb.
Bildirilib ki, iyun ayında Yer səthində orta temperatur 16,54 dərəcə selsiyə çatıb. Bu göstərici 1991-2020-ci illərin orta səviyyəsindən 0,56 dərəcə, sənayeöncəsi dövrlə müqayisədə isə 1,39 dərəcə yüksək olub.
Beləliklə, 2026-cı ilin iyun ayı qlobal miqyasda indiyədək qeydə alınmış ikinci ən isti iyun ayı kimi tarixə düşüb. Ən isti iyun isə 2024-cü ildə qeydə alınıb.
Məlumata görə, iyun ayında dünya okeanlarının səth temperaturu da rekord həddə yüksələrək, orta hesabla 20,86 dərəcə selsi təşkil edib.
Avropada da rekord istilər müşahidə olunub. Qitədə orta temperatur 19,14 dərəcə selsi olub ki, bu da 1991-2020-ci illərin iyun ayları üzrə normadan 1,78 dərəcə yüksəkdir. Bu göstərici 2026-cı ilin iyununu Avropa tarixinin ikinci ən isti iyun ayına çevirib.
Ən ciddi istilər isə Qərbi Avropada qeydə alınıb. Regionda orta temperatur 20,74 dərəcə selsiyə çatıb və bu, əvvəlki illərin orta göstəricisindən 3,05 dərəcə yüksək olub. Bununla da 2025-ci ilin iyun ayında qeydə alınan temperatur rekordu yenilənib.
Kopernik İqlim Dəyişikliyi Xidmətinin iqlim strategiyası üzrə rəhbəri Samanta Börgess bildirib ki, son göstəricilər qlobal iqlim sistemində dərin dəyişikliklərin davam etdiyini göstərir.
Onun sözlərinə görə, Qərbi Avropada rekord səviyyədə isti iyun ayının yaşanması və okeanların istiləşməsinin davam etməsi iqlim sisteminin daha çox istilik topladığını təsdiqləyir: "Bu proses dünyanın müxtəlif bölgələrində, xüsusilə də Avropada daha şiddətli istilik dalğalarının, uzunmüddətli isti hava şəraitinin və insanlar, ekosistemlər, eləcə də, infrastruktur üçün artan risklərin yaranmasına səbəb olur".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1925 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ürəyində tikiş iynəsi aşkarlandı
Çində sidikdə qan olması şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı əqli inkişaf pozuntusu olan şəxsin ürəyində 36 millimetr uzunluğunda tikiş iynəsi aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, xəstənin xəstəxanaya gətirilərkən həyati göstəriciləri normal olub. Lakin həkimlər döş qəfəsini
15 sentyabrOkeanda Yerin iqlimini tənzimləyən gizli "istilik klapanı" aşkar tapıldı
Atlantik okeanındakı axınlar sistemi əvvəllər düşünüldüyü kimi sadəcə istiliyi daşıyan "konveyer" deyil, bütün planetin temperaturunu tənzimləyən nəhəng "istilik klapanı" kimi fəaliyyət göstərir. Bu mexanizm zəifləyərsə, istilik okeanın dərinliklərində toplana və qlobal istiləşmən
14 sentyabr"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun
13 sentyabrVarşava hava limanında sərnişinlər təxliyə ediliblər
Varşavanın Frederik Şopen adına hava limanında sərnişinlər nəzarətsiz baqaj barədə məlumatlardan sonra terminalın bir neçə hissəsindən təxliyə ediliblər. xəbər verir ki, Polşa Sərhəd Mühafizə Xidmətinin mina təmizləmə mütəxəssisləri hadisə yerinə gələrək obyekti potensial təhlükə baxımından yoxlayıblar
16 sentyabrWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabrƏrdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd
13 sentyabr