"Azərbaycanda qadın qətllərinin əsas səbəbi məişət zorakılığı və ailə-məişət münaqişələridir" - Açıqlama

"Azərbaycanda qadın qətllərinin əsas səbəbi məişət zorakılığı və ailə-məişət münaqişələridir" - AçıqlamaXəbər verdiyimiz kimi paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində 43 yaşlı Zaur Qəhrəmanov keçmiş həyat yoldaşı 44 yaşlı Amalya Qəhrəmanovanı ov tüfəngi ilə güllələyərək öldürüb. Son dövrlər qadınların qətlə yetirilməsi, xüsusilə də keçmiş həyat yoldaşları tərəfindən öldürülməsi narahatlıq doğurur.

Bununla bağlı Sonxeber.az-a danışan sosioloq Nəzrin Əhmədzadə bildirib ki, qadınların şiddət və zorakılığa məruz qalması, hətta qətlə yetirilməsi hər birimizi narahat edir:

"Xüsusilə də namus adı altında baş verən qadın qətilləri. Acınacaqlı hal ondan ibarətdir ki, qatillərin qəhrəman elan edilməsi, hadisənin baş vermə səbəbini bilmədən sosial şəbəkələrdə öldürəni deyil, öləni qınamaları cəmiyyətimizin yaralı yeridir. Əgər qadın qətlə yetirilirsə insanlarımız o saat namussuzluqda günahlandırır və ona pozğun damğası vururlar. Əslində isə araşdırma zamanı məlum olur ki, öldürən həyat yoldaşı narkoman, psixoloji sağlamlığı yerində olmayan bir insandır. Acınacaqlı olan bilirsiniz nədir, qətlə yetirilən qadınları qınayanların çoxusu elə öz həmcinslərimizdir. Bu da bir daha qadının ən böyük düşməninin qadın olmasını sübut edir".

Sosioloq vurğulayıb ki, sosial şəbəkələrdə hadisəni bilmədən boşboğazlıq edənlər o ailədə böyüyən uşaqları belə nəzərə almırlar:

"Jurnalistlər və sosial şəbəkə istifadəçiləri nəyisə paylaşanda, rəy yazanda uşaqların gələcəyini və yayacaqları informasiyanın onların psixologiyasına necə təsir edəcəyini mütləq nəzərə almalıdır. O informasiyaları uşaqların sinif yoldaşları və tanışları oxuya bilərlər. Nəticədə reytinq xətrinə verilən informasiya və edilən boşboğazlıq atası tərəfindən anaları qətlə yetirilən uşaqların məktəbdə, çöldə psixoloji zorakılığa səbəb olmasına gətirib çıxara bilər. Ona görə də hər kəs bu məsələlərdə diqqətli olmalıdır".

Psixoloq Leyla Alışova Azərbaycanda qadın qətllərinin əsas səbəbi məişət zorakılığı və ailə-məişət münaqişələri olduğunu qeyd edib:

"Bu cinayətlər əsasən ərlər, keçmiş ərlər və ya yaxın qohumlar tərəfindən törədilir. Ümumiyyətlə, qadınların qətlə yetirilməsinin heç bir bəhanəsi yoxdur. Normal psixologiyada olan insan necə bir cana qıya bilər. Düzdür, bəzən elə hallar olur ki, insan istəməyərək kiminsə həyatına qəsd edə bilər. Ümumiyyətlə, Qətl hadisələrinin törədilmə mexanizmi Kriminal psixologiya elmi çərçivəsində insanın psixoloji vəziyyəti, sosial mühiti və bioloji xüsusiyyətlərinin qarşılıqlı təsiri ilə izah olunur. Bu vəziyyət əsasən şəxsin şüurlu niyyəti, ani affekt reaksiyası və ya sosial adaptasiya pozğunluğu ilə şərtlənir

Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri və qətllərin törədilməsinə gətirib çıxaran əsas psixoloji vəziyyətlər bunlardır:

Affekt Vəziyyəti (Ani Emosional Partlayış): Şiddətli qəzəb, qorxudan irəli gələn ani şok və ya qısqanclıq kimi güclü emosional sarsıntılardır. Bu zaman insanın düşüncəsi daralır, beyin məlumatı obyektiv təhlil edə bilmir və fərd iradi nəzarəti itirərək qeyri-ixtiyari, ölümcül hərəkətlərə yol verir.

Antisosial və Psixopatik Davranış (Şəxsiyyət Pozuntuları): Şəxsdə empatiya (başqasının hisslərini anlamaq) qabiliyyətinin olmaması və ya aşırı narsisizm (özündənrazılıq): Qurban insani bir dəyər kimi deyil, şəxsi məqsədlərə çatmaq üçün sadəcə bir maneə və ya vasitə olaraq qəbul edilir.

İdrak Proseslərinin Pozulması (Paranoya və Hallüsinasiya): Şizofreniya kimi ağır psixi xəstəliklər və ya ağır psixoz vəziyyətlər: İnsan reallıq hissini itirir; təqib olunduğunu və ya qurbanın ona zərər verəcəyini düşünərək (paranoidal qorxu) qorunma bəhanəsi ilə qətlə əl atır.

Şüurlu Niyyət (Proqramlaşdırılmış Qətl)Xüsusiyyət: Hadisənin əvvəlcədən düşünülməsi, planlanması və soyuqqanlı şəkildə həyata keçirilməsi: Qətl intiqam, paxıllıq, maddi mənfəət (sığorta, miras) və ya hər hansı cinayətkar qrupun tapşırığı əsasında tam şüurlu nəzarət altında törədilir.

Alkoqol və Narkotik Vasitələrin TəsiriXüsusiyyət: Beynin qərarlar qəbul edən və nəzarəti təmin edən qabığı maddələrin təsiri altında zəifləyir Cinayət və cinayətkarlığın psixo-sosial səbəbləri: İnsanda aqressiya artır, reaksiyalar sərtləşir və adi mübahisələr belə ölümcül nəticələnə bilir.

Bunlarla yanaşı cinayət əməllərinin kökündə fərdin psixoloji durumu ilə yanaşı, onun böyüdüyü sosial mühit, travmalar və cəmiyyətə adaptasiya problemləri də mühüm rol oynayır".

Psixoloq cinayətkarlığın artmasında medianın və sosial şəbəkələrin də rolunun böyük olduğunu qeyd edib:

"Mediada və sosial şəbəkələrdə yayılan xəbərlər hadisənin necə törədilməsi, qətlin necə baş verməsi açıq şəkildə izah edilir. Eləcə də intihar xəbərlərində. Bu cür xəbərlər bəzən kimisə öldürməyi düşünən insanlara yeni ideya verə bilər. Ona görə də insanlarımız bu məsələdə daha duyarlı olmalıdırlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 393   Tarix: 10 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən valideyni bu cəza gözləyir - AÇIQLAMA

Xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması və onların ailə mühitində lazımi qayğı ilə təmin edilməsi məsələsi xüsusi diqqət tələb edir. Valideynin uşağın tərbiyəsindən, saxlanılmasından və onun hüquq və mənafelərinin müdafiəsindən yayınması müəyyən hüquqi nəticələrə səbəb ola bilər

15 sentyabr
.

Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə

16 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib

16 sentyabr
.

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı

16 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləy

15 sentyabr
.

Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA

Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda

16 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ

"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan

16 sentyabr