Məşhur bloqer yardım videolarında süni intellektdən istifadə edib?
İslamı qəbul etdikdən sonra xeyriyyə fəaliyyəti və dini paylaşımları ilə tanınan, sosial şəbəkələrdə 3 milyona yaxın izləyicisi olan avstraliyalı bloqer Lily Jay haqqında diqqətçəkən iddialar irəli sürülüb. Araşdırmaya əsasən, onun ianə toplamaq məqsədilə paylaşdığı bəzi yardım videolarının süni intellekt vasitəsilə hazırlandığı, həmçinin Uqandada fəaliyyət göstərdiyi deyilən uşaq evi və Qəzzada açıldığı iddia olunan çörəkxana ilə bağlı müstəqil təsdiqedici sübutların tapılmadığı bildirilib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, keçmişdə burlesk rəqqasəsi kimi fəaliyyət göstərən Lily Jay Hinson İslamı qəbul etdikdən sonra sosial mediada dini məzmunlu paylaşımları və humanitar təşəbbüsləri ilə geniş auditoriya qazanıb. O, təsis etdiyi Lily Jay Foundation vasitəsilə Uqandada uşaq evi və Qəzza zolağında çörəkxana yaratdığını bildirərək müxtəlif kampaniyalar çərçivəsində ianələr toplayırdı.
Lakin Avstraliya Yayım Korporasiyasının (ABC) News Verify araşdırma qrupu tərəfindən aparılan yoxlama zamanı fondun paylaşdığı bəzi videoların süni intellekt texnologiyası ilə hazırlandığı müəyyən edilib. Araşdırmada həmçinin Uqandada fəaliyyət göstərdiyi iddia edilən uşaq evi və Qəzzada açıldığı deyilən çörəkxananın mövcudluğunu təsdiqləyən müstəqil və etibarlı sübutların aşkar edilmədiyi qeyd olunub.
İddiaların yayılmasından sonra Lily Jay Foundation məsələ ilə bağlı açıqlama verərək süni intellektdən yalnız məhdud sayda tanıtım materialının hazırlanmasında istifadə edildiyini bildirib. Fond nümayəndələri humanitar fəaliyyətlərin real olduğunu və ianələrin nəzərdə tutulan məqsədlər üçün istifadə edildiyini müdafiə ediblər.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi ianə kampaniyalarında şəffaflığın vacibliyini vurğulayaraq iddiaların hərtərəfli araşdırılmasına çağırıb. Hazırda səsləndirilən ittihamlarla bağlı rəsmi araşdırmanın nəticələri və ya hüquqi qərar açıqlanmayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 786 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabrMətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya
14 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrQadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15 noyabr