"Qondarma soyqırımla bağlı qərarqəbuletmə prosesini dayandırmasında Azərbaycan-İsrail münasibətəri öz təsirini göstərdi" - DEPUTAT
"Azərbaycan uğurlu diplomatik gedişi, yaxın və uzaq ölkələrlə qurduğu qarşılıqlı faydalı əməkdaşlığı ilə təkcə özünün deyil, dost-qardaş ölkələrinin də milli maraqlarını qoruya, onun müdafiəçisi qismində çıxış edə bilir. Son günlər qondarma "erməni soyqırımı" məsələsi üzərindən İsrailin Türkiyəyə qarşı təzyiqlərinin neytrallaşdırılmasında da Azərbaycanın mövqeyi, ortaya qoyduğu yanaşma eyni tendensiyanı təsdiqlədi. Bildiyiniz kimi ötən ayın sonlarında İsrail hökumət kabineti qondarma erməni soyqırımını tanıyan qərar qəbul etdi. Təl-Əvivin bu addımı təkcə Türkiyə deyil, Azərbaycanda da haqlı narazılığa səbəb oldu. Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatda Bakının məsələ ilə bağlı narahatlığı və bunun qəbuledilməz olduğu vurğulandı".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, cərəyan edən proseslər fonunda diqqət çəkən məqam Təl-Əvivin Bakının mövqeyinə hörmətlə yanaşması, Azərbaycan cəmiyyətinin haqlı narazılığını həssaslıqla qarşılaması oldu:
"Nəticə etibarilə İsrail qondarma soyqırımla bağlı Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etdiyi prosesi dayandırdı.
Heç şübhəsiz ki, Təl-Əvivin qondarma soyqırımla bağlı qərarqəbuletmə prosesini dayandırmasında Bakının mövqeyi mühüm rol oynayıb. Bu mövqenin dəyişməsinə yüksək səviyyədə olan Azərbaycan-İsrail münasibətəri ilə yanaşı, İsraildə fəaliyyət göstərən müxtəlif təşkilatların, diaspor fəalları, ayrı-ayrı sahələrdə tanınmış ictimai-siyasi xadimlərin etiraz bəyanatları da öz təsirini göstərdi.
Ən əsası Azərbaycanın ortaya qoyduğu mövqe həm də İsrail, eləcə də bütün dünya üçün bir daha xatırlatma oldu ki, Azərbaycan hər zaman Türkiyənin yanında yer alıb. Türkiyənin maraqları bütün anlamlarda həm də Azərbaycanın maraqlarıdır və bu prinsipial mövqe dəyişməz olaraq qalır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 521 Tarix: 11 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO
Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra
15 sentyabr"Bank of Baku"dan ŞİKAYƏT VAR
Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə
16 sentyabrİcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas
15 sentyabrSabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə
15 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrNazirdən Bilik Günü ilə bağlı paylaşım
Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız
15 sentyabrSabah 35 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləy
15 sentyabr