"WhatsApp" sizə bildiriş göndərəcək - Doğum günlərini unutmayacaqsınız
Dünyanın ən populyar mesajlaşma platformalarından olan "WhatsApp" istifadəçilərin yaxınlarının doğum günlərini qaçırmaması üçün yeni bildiriş funksiyası üzərində işləyir.
"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, tətbiq istifadəçilərin kontakt siyahısındakı şəxslərin yaxınlaşan doğum günləri barədə birbaşa bildiriş göndərəcək.
Beləliklə, istifadəçilər əlavə təqvim tətbiqlərindən istifadə etmədən xüsusi günləri asanlıqla xatırlaya biləcəklər.
Yeni funksiyaya əsasən, istifadəçilər doğum tarixlərini istəyə bağlı şəkildə profillərinə əlavə edə biləcəklər. Doğum günü məlumatının kimlər tərəfindən görünəcəyi isə məxfilik funksiyaları vasitəsilə istifadəçinin nəzarətində olacaq.
Kontakt siyahınızda olan şəxsin doğum günü gəldikdə, "WhatsApp" sizə xüsusi bildiriş göndərəcək və onu təbrik etməyi xatırladacaq.
Qeyd edək ki, platforma son dövrlərdə istifadəçi adları, süni intellekt funksiyaları və təkmilləşdirilmiş axtarış imkanları kimi yenilikləri istifadəyə verərək profil və ünsiyyət funksiyalarını daha da zənginləşdirir.
Hazırda doğum günü bildirişi funksiyası məhdud sayda Android beta istifadəçisi arasında sınaqdan keçirilir. Yeniliyin bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı isə hələlik açıqlanmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 405 Tarix: 11 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021