Prezident Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı 10 bina inşa edilib. Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib. Bu layihənin icrası ilk növbədə tarixi şəhərimiz və mədəniyyət paytaxtımız olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir. Binaların inşası şəhərin gözəlliyinə əlavə rəng qatır, burada aparılan bərpa-yenidənqurma işlərinin həcmini göstərir. Bu, eyni zamanda, Şuşanın iqtisadi həyatının canlanmasına, şəhərin sakinlərinin və qonaqlarının rahatlığının təmin olunmasına da töhfə verir.
Qeyd edək ki, layihə həm də Azərbaycanda dövlət-özəl tərəfdaşlığının yüksək səviyyədə qurulduğunu aydın şəkildə nümayiş etdirir.















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 272 Tarix: 11 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu şəhid övladları tələbə oldular - Adlar
Bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladlarının adları açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb. Onların siyahısını təqdim edirik:. 1. Şəhid Baş çavuş Rəhimov Ruslanın övlad
25 avqustLerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub
Lerik rayonunun Davradibi və Dico kəndlərində elektrik naqilləri və dirəklərin bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub. Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, elektrik xətlərindəki nasazlıqlar səbəbindən son iki il ərzində 5-6 iribuynuzlu mal-qara cərəya
25 avqustLaçın Şəhəri Günü - Zəfərdən quruculuğa uzanan tarixi yol
Laçın Azərbaycanın zəngin tarixə, qədim mədəni irsə və misilsiz təbiət gözəlliklərinə malik şəhərlərindən biridir. Bu şəhərin adı Azərbaycan xalqının yaddaşında həm Qarabağımızın ayrılmaz parçası, həm də Vətən müharibəsində qazanılmış böyük Zəfərin rəmzlərindən biri kimi yaşayır. Laçın Şəhəri Günü b
26 avqustPolad Bülbüloğlu üçüncü dəfə evləndi - Fotolar
Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb. "Qafqazinfo" -ya istinadən xəbər verir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiy
25 avqustAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. xatırladır ki, Prezident İlham Əliyevin xanımı, Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərə
26 avqustYatmış vəziyyətdə öldürülübmüş - Evə pəncərə torundan girib...
Ağdamda baş verən qətlin təfərrüatı məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub. Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdə
25 avqust