Gürcüstanda qohumunu öldürməkdə təqsirli bilinən azərbaycanlı saxlanılıb

Gürcüstanda qohumunu öldürməkdə təqsirli bilinən azərbaycanlı saxlanılıbTbilisidə Azərbaycan vətəndaşının qəsdən öldürülməsində şübhəli bilinən şəxs Gürcüstanın Batumi Beynəlxalq Hava Limanında saxlanlıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, əməliyyat Tbilisi Polis Departamenti və Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən Türkiyə və Azərbaycanın hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.

İstintaqın məlumatına əsasən, bu il iyunun 27-də təqsirləndirilən şəxs Tbilisidə müvəqqəti yaşadığı mənzildə qohumuna həyati təhlükəli xəsarətlər yetirib. Zərərçəkən aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib. Polis cinayəti törədən şəxsi qısa müddətdə müəyyən edərək onun axtarışını elan edib.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni ağırlaşdırıcı hallarda nəzərdə tutan 109-cu maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, Gürcüstan Prokurorluğu daha əvvəl bu iş üzrə Azərbaycan vətəndaşı Emin Əliyevə qiyabi ittiham irəli sürmüşdü. O, Azərbaycan vətəndaşı Fatimə Kərimovanın gender əlamətinə görə qəsdən öldürülməsində təqsirləndirilirdi. Bu şəxs barəsində axtarış elan edilmişdi.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 249   Tarix: 11 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda obyektdə GÜCLÜ YANĞIN - Vətəndaşlar təxliyə edildilər - FOTO - VİDEO

Səbail rayonu, Nizami küçəsində baş verən yanğınla əlaqədar təhlükəsizlik tədbirləri görülüb. bununla bağlı FHN-ə istinadən xəbər verir. Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə ediliblər. Hazırda yanğınla mübarizə tədbirlər

7 avqust
.

Bakıda neft çənlərində GÜCLÜ YANĞIN: Əraziyə FHN və polis qüvvələri cəlb olunub - FOTO+YENİLƏNİB

Bakının Xətai rayonunda baş verən yanğınla əlaqədar polis əməkdaşları da əraziyə cəlb olunublar. -ın əldə etdiyi məlumata görə, hadisə yerində yanğınsöndürmə və xilasetmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin olunması məqsədilə polis tərəfindən zəruri operativ tədbirlər görülüb. 16:26. Bakının Xəta

9 avqust
.

Oğlunun şəhid olduğu gün vəfat etdi

Biləsuvar rayonunun Nərimankənd kəndində şəhid anası Rəfiqə Əliyeva vəfat edib. xəbər verir ki, o, övladı, gizir Pərvin Əliyevin şəhidlik ildönümündə dünyasını dəyişib. Qeyd edək ki, Pərvin Səlahəddin oğlu Əliyev 1981-ci il martın 15-də Nərimankənd kəndində anadan olub. Müddətli həqiqi hərbi xidmətin

2 avqust
.

Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur? - FOTO

Aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilməsi xəbərindən sonra onun şəxsiyyətinə maraq yaranıb. Yeni Sabah-a istinadən xəbər verir ki, adı "AİD Group"la əlaqələndirilən S.Yəhyazadə barədə bilgilər əslində, çox məhduddur. O, ali təhsili olmadığı halda proqramlaşdırma üzrə AyTİ (IT

8 avqust
.

Meşə yanğını bölgəsində dəhşətli qəza: Cip dərəyə aşdı

Türkiyənin Aydın vilayətinin Çine rayonunda davam edən meşə yanğını bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Madran dağı istiqamətində hərəkətdə olan cip sürücünün idarəetməsindən çıxaraq dərəyə yuvarlanıb. Dəhşətli qəza anı avtomobili

31 iyul
.

38 yaşlı kişi sevgilisinin evinə gəldi, qızına təcavüz etdi - Saatlıdakı cinayətin TƏFƏRRÜATI

Saatlı rayonunda 38 yaşlı kişi sevgilisinin azyaşlı qızına təcavüz edib. -ın məlumatına görə, hadisə Saatlı rayonu ərazisində keçmiş məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə baş verib. Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Anar İsayev (soyadı şərtidir) adıçəkilən şəhərcikdə xanımla tanış olub

5 avqust
.

Bakıda məşhur ticarət mərkəzində FACİƏ

Bakıda ticarət mərkəzində bədbəxt hadisə olub. -a istiandla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən "Laçın" ticarət mərkəzində baş verib. Burada çalışan şəxslərdən biri liftin şaxtasına düşüb. O, özəl klinikalardan birinə çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Araşdırm

5 avqust
.

DİQQƏT! Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti avqustun 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Cəbrayıl

9 avqust
.

Çimərlikdə gəzərkən sərvət tapdılar

İtaliyanın Siciliya adasında istirahət edən şəxslər sahildə gözlənilməz hadisə ilə qarşılaşıblar. Dənizin sahilə çıxardığı çantaların içərisindən ümumilikdə 700 min avro nağd pul aşkarlanıb. türk mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, pulların dənizdə ilişib qalan sürət qayığından suy

31 iyul