İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTO

İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlər barədə məlumat verilib.

Sonra Prezident İlham Əliyev hər iki kəndə qayıdan sakinlərlə görüşüb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına Quzeyxırman və Güneyxırman kəndlərində sosial infrastrukturla bağlı görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Güneyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub. İşğaldan əvvəl sakinlər əsasən heyvandarlıq, üzümçülük və əkinçiliklə məşğul olub. Burada 2 məktəb, uşaq bağçası, xəstəxana, mədəniyyət evi, klub, kitabxana, idman kompleksi, çörək istehsalı müəssisəsi və rabitə şöbəsi fəaliyyət göstərib.

Kənddə ümumilikdə 549 fərdi ev var. Onlardan da 170-i yararsız, 379-u qismən yararlıdır. Artıq 50 ev istismara hazırdır, 147 evdə isə təmir işləri davam edir. Digər 182 evin isə təmir-bərpası ilə bağlı hazırlıq işləri gedir.

Bir neçə gün əvvəl kəndə 18 ailə (72 nəfər) qayıdıb.

Kənddə sosial infrastruktur sahəsində bir sıra işlər görülüb, yeni qaz xətti çəkilib, mövcud xətdə isə bərpa işləri aparılıb, subartezian quyularında nasos avadanlıqları quraşdırılıb, nasos stansiyasının tikintisi davam etdirilir. Kənddaxili su şəbəkəsi yenidən qurulub, fiber-optik kabel çəkilib.

Quzeyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. 1992-ci ildə işğal olunan kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. İşğaldan əvvəl kənd sakinləri üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olublar. Burada orta məktəb, uşaq bağçaları, klub, kitabxana fəaliyyət göstərib.

Quzeyxırman kəndində 447 fərdi ev var. Onlardan da 65-i yararsız, 382-si qismən yararlıdır. 244 evdə təmir-bərpa işləri aparılır və bunlardan da 100-ü artıq istismara hazırdır. Digər 144 evdə görülən işlər növbəti aylarda yekunlaşacaq. Qalan 138 evdə isə təmir-bərpa işlərinə hazırlıq görülür.

Bir neçə gün əvvəl kəndə ilkin mərhələdə 21 ailə (87 nəfər) qayıdıb.

Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Belə ki, yeni qaz xətləri çəkilib, mövcud xətt bərpa edilib, subartezian quyuları nasos avadanlıqları ilə təchiz olunub, su şəbəkəsi və nasos stansiyası yenidən qurulub. Mövcud transformator məntəqələri, elektrik hava xətləri və kənddaxili elektrik şəbəkəsi bərpa olunub, fiber-optik kabel xətti çəkilib. Bundan başqa, 460 şagird yerlik Quzeyxırman kənd tam orta ümumtəhsil məktəbinin və 40 yerlik körpələr evi-uşaq bağçasının binaları təmir olunub. Kənddə ictimai-iaşə obyektləri istifadəyə verilib.

Sonra dövlətimizin başçısı kəndə köçən Nizaməddin Əliyevin evində oldu.

İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTOİlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 279   Tarix: 11 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib. report-a istinadən xəbər verir ki, Xalq artisti ilə vida mərasimi Təzə Pir məscidində keçirilir. Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib

25 avqust
.

Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib

Məhkəmə zalından azadlığa buraxılan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov barəsində olan hökmdən apellyasiya protesti verilib. APA-ya istinadən xəbər verir ki, iş Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq. Məhkəmənin ilk baxış iclasının vaxtı məlum deyil

25 avqust
.

Gənclər niyə problemləri həll etmək yerinə ayrılmağı seçir? - AÇIQLAMA

Son illərdə gənclər arasında münasibətlərin daha qısa müddət davam etməsi və tərəflərin problemlə qarşılaşdıqda münasibəti davam etdirmək əvəzinə ayrılmağa üstünlük verməsi diqqət çəkir. Bəzi hallarda münasibətlərin tez başlaması və eyni sürətlə bitməsi emosional bağların qurulmasına imkan vermir. Bə

26 avqust
.

Güzəştli ipoteka kreditlərindən kimlər yararlana bilər? - AÇIQLAMA

Azərbaycanda mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün dövlət tərəfindən bir sıra maliyyə mexanizmləri tətbiq olunur. İpoteka kreditləri, güzəştli ipoteka və satmaq öhdəliyi ilə kirayə modeli müəyyən kateqoriyalara aid vətəndaşların mənzil əldə etməsini asanlaşdırır. Bəs bu imkanlardan kimlər yararlan

26 avqust
.

Şavkat Mirziyoyev Mehriban Əliyevanı təbrik etdi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:. "Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Azərbaycan xalqını

26 avqust
.

Bakı Metropolitenində bu yeniliklər olacaq - AÇIQLAMA

Bakı Metropolitenində qatarlararası intervalın azaldılması sərnişin sıxlığının və stansiyalarda gözləmə müddətinin aşağı salınması baxımından mühüm addımdır. Hazırda Qırmızı xətt üzrə interval 2 dəqiqə 30 saniyəyə endirilib, Yaşıl xəttdə isə 3 dəqiqə 30 saniyə təşkil edir. Xətlərin ayrılması layihəsini

25 avqust
.

Azərbaycanda zəlzələ oldu

Cəlilabadda zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, Cəlilabad stansiyasından 14 km cənub-qərbdə Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. 3,1 maqnitudalı yeralt

26 avqust
.

Ən yaşlı və ən gənc tələbə onlar oldu

Ali təhsil müəssisələrinə builki qəbulun nəticələrinə əsasən, tələbə adını qazanan ən gənc abituriyentin 16 yaşı var. Məmmədli Gülşən Rəşad qızı 621,2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub. "Qafqazinfo"nu

26 avqust
.

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür. -ın məlumatına görə, Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altına keçib. Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb

26 avqust