Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
Bu gün yazıçı-publisist Aydın Tağıyevin "Qələbənin Memarı: cənab Ali Baş Komandan - 100 illik imza! Bənzərsiz tarix" adlı kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən müəllif kitabın ərsəyə gəlməsi, əsərin ideya xətti və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib.
A.Tağıyev bildirib ki, bu əsər Azərbaycan xalqının şanlı Zəfər tarixinin, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalq-ordu-lider birliyinin gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb. Müəllif, həmçinin qeyd edib ki, tarixi hadisələr dəqiq faktlar, rəsmi sənədlər əsasında sistemləşdirilən kitab, yalnız bir nəşr deyil, həm də müstəqil Azərbaycanın Zəfər salnaməsini əks etdirən qiymətli tarixi mənbədir. O vurğulayıb ki, hər bir xalq öz qəhrəmanlıq tarixini yaşatmalı, milli yaddaşını qorumalı və gələcək nəsillərə olduğu kimi ötürməlidir.
Təqdimat mərasimi kitabın baş redaktorlarından Turan Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Rəşad Abbaszadə, Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı Mürtəza Həsənov, Əməkdar hüquqşünas, Ədliyyə general-mayoru Akif Rəfiyev, fəlsəfə elmləri namizədi Qəmər Mürşüdlü, tarix üzrə fəlsəfə doktoru Məmmədağa Baxışov, Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasovanın çıxışları ilə davam edib.
Tədbirin koordinatoru Ülvi Əlişov çıxış edərək hazırlıq prosesindən danışıb, könüllülərin əməyini xüsusi vurğulayıb.
Ardınca kitabın redaksiya heyəti - baş redaktor Aişə Baxşiyeva, məsul redaktor Əfsanə Nəcəfova və redaktor Fəridə Ağazadə çıxış ediblər.
Sonda müəllif Aydın Tağıyev könüllülərin suallarını cavablandırıb, imzalı kitablar oxuculara təqdim olunub.








Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 351 Tarix: 11 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabrADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələr
16 sentyabrMəktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans
Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia
16 sentyabrBakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır
Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd
16 sentyabrNazirdən Bilik Günü ilə bağlı paylaşım
Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız
15 sentyabrMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16 sentyabrTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabr