BTQ-nin icraçı direktoru: "Digər Afrika ölkələrini də əməkdaşlığa cəlb edə bilərik"
"İlk dəfədir ki, bir xarici dövlət qurumu ilə Anlaşma memarandumu imzalanır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BTQ ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin "Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu" arasında əməkdaşlığa dair imzalanmış Anlaşma memorandumundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, "Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu" 2015-2016-cı illərdən diplomatik akademiya olaraq fəaliyyət göstərir:
"İndi isə artıq dövlət institutuna çevrilib. Hazırda da Burkina-Fasoda, bu institutda diplomatlar üçün təlimlər həyata keçirilir. Biz ilkin olaraq plan üzrə bu il müəyyən təlimləri birgə həyata keçirəcəyik, müəyyən hesabatlar hazırlanacaq və gələcəkdə dekolonizasiya prosesinə qoşulmaq istəyən hüquqşünaslar, beynəlxalq ekspertlər və xarici tələbələri öz təlimlərimizə dəvət edəcəyik".
A.Abbasov deyib ki, növbəti mərhələlərdə bu fəaliyyət genişlənə bilər və bunu da qeyd etmək istərdim ki, biz bu anlaşma memorandumuyla digər Afrika ölkələrini də əməkdaşlığa cəlb edə bilərik:
"Nəinki dövlət qurumları, vətəndaş cəmiyyətləri ilə də memorandum imzalamağı planlaşdırırıq".
A.Abbasov onu da qeyd edib ki, BTQ-yə əməkdaşlığa dair yeni təkliflər var.
O bildirib ki, bu müəyyən mərhələlərdən keçməlidir:
"Əgər əməkdaşlığa zərurət varsa, nəticələr olacaqsa, biz sənədləri imzalayacağıq. Bu günə qədər hərəkatlarla, siyasi partiyalarla imzalamışıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 201 Tarix: 12 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
65 yaşdan sonra işləyənlərə ŞAD XƏBƏR: Pensiya arta bilər...
Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da rəsmi əmək müqaviləsi olmadan çalışmağa davam edənlərin sayı az deyil. Lakin bu şəxslərin adına sosial sığorta haqlarının ödənilməməsi gələcəkdə pensiyalarının yenidən hesablanması və ya əlavə pensiya hüquqlarının yaranması ilə bağlı suallar doğurur. Bə
26 iyulİsti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da Azərbaycanda gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb. xəbər verir ki, bu barədə İdarə məlumat yayıb. Qeyd olunub ki
25 iyulDənizə getmək istəyənlər oxusun
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün çimərliklərdə şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba
25 iyulBakıda 89 yaşlı qadının meyiti tapıldı
Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə iyulun 23-ü saat 19 radələrində Nəsimi rayonu ərazisində baş verib. Belə ki, 1937-ci il təvəllüdlü Z.Əlizadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Ə.Quliyev küçəsindəki mənzildə aşkarlanıb
24 iyulİlk dəfə "amansız isti gün" XƏBƏRDARLIĞI ELAN ETDİLƏR
Yaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən "amansız isti gün" xəbərdarlığını ilk dəfə elan ediblər. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyini
25 iyulFond: Yüksək faizli qorunmayan əmanətlər birbaşa risk yaratmır
Yüksək faizli qorunmayan əmanətlər Əmanətlərin Sığortalanması Fondu üçün birbaşa risk yaratmır. "Report" xəbər verir ki, bunu Fondun Sığorta və risklərin idarə edilməsi departamentinin Maliyyə bazarlarının təhlili vərisklərin modelləşdirilməsi şöbəsinin müdiri Lalə Cəfərli Milli Mətbuat Gün
26 iyulPsixoloq əvəzinə ChatGPT: Niyə təhlükəlidir və nəyə səbəb ola bilər?
Süni intellektin insan psixikasına təsirini bir sıra alimlər araşdırıb. Qaynarinfo-nun məlumatına görə, amerikalı ekspert, fəlsəfə doktoru Cudit S. Bek tədqiqatçıların məlumatlarına istinad edərək "Psychology Today" üçün yazdığı məqalədə bildirib ki, psixoloji vəziyyəti yaxşılaşdırmaq üçü
24 iyulBəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi rayonlarında iyulun 25-26-da külək güclənəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Naxçıvan MR, Qazax, Gəncə, Tovuz, Şəmkir, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Quba, Siyəzən, Xızı, Qobustan
24 iyul