Kimlər hərbi xidmətə yararsız sayılır? - RƏSMİ AÇIQLAMA

Kimlər hərbi xidmətə yararsız sayılır? - RƏSMİ AÇIQLAMAHər il hərbi xidmətə çağırış prosesi başladıqda cəmiyyətdə eyni suallar yenidən gündəmə gəlir.

Vətəndaşların bir qismi hərbi xidmətə cəlb olunsa da, müəyyən kateqoriyaya aid şəxslər sağlamlıq vəziyyəti, fiziki göstəriciləri və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslara görə hərbi xidmətə yararsız hesab edilir.

Bəs kimlər hərbi xidmətə gedə bilməz?

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən SHXÇDX-nin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, hərbi xidmətə yararlılıqla bağlı hamıya şamil olunan vahid meyar mövcud deyil:

"Vətəndaşlara möhlət hüququ sağlamlıq vəziyyətinə, ailə vəziyyətinə, təhsilinə və qanunvericilikdə nəzərdə tutulan digər əsaslara görə verilə bilər. Buna görə də "kimlər hərbi xidmətə gedə bilər, kimlər gedə bilməz" sualına ümumi cavab vermək düzgün deyil. Hər bir vətəndaşın vəziyyəti fərdi qaydada araşdırılır və qiymətləndirilir".

Onun sözlərinə görə, cəmiyyətdə bəzi sağlamlıq problemlərinin hərbi xidmətə yararsızlıq üçün kifayət etdiyi barədə yanlış təsəvvür formalaşıb:
"Çoxları hesab edir ki, ayağının altı düz olan şəxs hərbi xidmətə aparılmır. Halbuki ayağın altının düz olmasının da müxtəlif dərəcələri var. Eyni qayda skolioza da aiddir. Bundan başqa, göz, diş, daxili orqan xəstəlikləri, əlillik dərəcəsi və digər tibbi göstəricilər də qiymətləndirilir. Buna görə də yalnız bir sağlamlıq göstəricisinə əsasən şəxsin hərbi xidmətə yararlı və ya yararsız olduğunu söyləmək düzgün deyil".

Pərviz Sədrəddinov qeyd edib ki, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılıq meyarları Nazirlər Kabinetinin 59 nömrəli Qərarı ilə tənzimlənir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 976   Tarix: 12 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləy

15 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr
.

Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"

16 sentyabr
.

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir

Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir. xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" v

16 sentyabr
.

Göylər kəndindən 3 qız Hərbi İnstituta qəbul olunub - Fotolar

Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər. "Qafqazinfo"

15 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ

"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan

16 sentyabr
.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

16 sentyabr