Bu şəxslər 65 yaşı gözləmədən pensiya ala biləcək

Bu şəxslər 65 yaşı gözləmədən pensiya ala biləcəkİyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Beləliklə, qadınların pensiya yaşı kişilərin pensiya yaşı ilə bərabərləşib. Kişilər üçün pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 yaş olaraq müəyyən edilib. "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaşı 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların pensiya yaşı isə 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Ölkə.az-a açıqlamasında bildirib ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur:

"Güzəştli şərtlər ilə pensiya hüququ "Əmək pensiyaları" haqqında qanunla təsbit olunub. Belə ki, Qanunun 8-ci maddəsi "uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri", 9-ci maddəsi isə "güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri" müəyyən edir.

Sözügedən qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çox uşaqlı ailələrdə analar, əgər bu hüquqdan atalar istifadə edirsə o zaman onlar 60 yaşında pensiyaya çıxırlar.

Qanunun 9-cu maddəsinə güzəştli şərtlər ilə pensiya hüququ qaznan vətəndaşlarımızın isə siyahısı kifayət qədər genişdir. Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda, bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və s. çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır".

Deputat qeyd edib ki, bunlar ilə yanaşı, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlı təkliflər təqdim edirlər:

"Pensiya islahatların dərinləşməsi pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərindən istifadəni daha da aktuallaşdırır. Bu tək qadınlar daxil olmaqla, bir sıra vətəndaşlarımızın daha tez pensiyaya çıxmasına imkan yarada bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 15089   Tarix: 12 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vaşinqtonda Azərbaycanın sülh modelinə beynəlxalq dəstək verildi

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin paraflanması, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Birgə Bəyannamənin imzalanması uzun illə

10 avqust
.

Çimərliyə gedərkən bunu NƏZƏRƏ ALIN: Sağlamlıq riski yaradır

Yay aylarında çimərliklərdə insanların isti qumun üzərində uzanaraq günəş vannası qəbul etməsi geniş yayılmış vərdişlərdəndir. İsti qumun bədən üçün müalicəvi təsirə malik olması ilə bağlı fikirlər səslənsə də, yüksək temperaturda uzun müddət qum üzərində qalmaq və günəş şüalarına həddindən artıq məru

10 avqust
.

Vaşinqton Zirvəsi Azərbaycanın regionda yaratdığı status kvonu bir daha təsbit etdi

Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət son illərdə Cənubi Qafqazın geosiyasi xəritəsini əsaslı şəkildə dəyişib. 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüy

10 avqust
.

Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi

Bu gün dünya Azərbaycanın sülh təcrübəsindən bəhs edir. Hər bir sahədə zəngin təcrübəyə, böyük potensiala malik olan Azərbaycanın hədəflərə ardıcıllıqla nail olması reallıqdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolu Azərbaycan

10 avqust
.

Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasına xidmət edən Vaşinqton görüşü

Azərbaycan heç vaxt indiki qədər güclü, beynəlxalq münasibətlər sistemində söz sahibi və nüfuzlu dövlət olmayıb. Son illər həyata keçirilən ardıcıl daxili və xarici siyasət nəticəsində ölkəmiz regionun əsas siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin müəyyə

10 avqust
.

8 avqust - Qafqazın tarixinin dəyişdirən gün

2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin məhz ABŞ lideri Donald Trampın iştirakı ilə Ağ Evdə paraflanması Prezident İlham Əliyevin böyük siyasi-diplomatik qələbəsidir. Cənubi Qafqaz böyük sürətlə yeni regional dəyişikliklər mərhələsi üzrə irəliləyir. Bu regional dəyişiklikləri

10 avqust
.

Naxçıvana biletləri öncədən alın - AZAL-dan müraciət

"Azərbaycan Hava Yolları" QSC (AZAL) avqust və sentyabr ayları ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməyi tövsiyə edir. xəbər verir ki, bununla bağlı AZAL məluma

10 avqust
.

Bir sıra ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün ölkənin bir sıra rayonlarında bəzi hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb. Bildirilib ki, Ağda

11 avqust
.

Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib

Bu gün səhər saatlarında Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, "Hyundai", "KİA" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanlar var. DİN-in Mətbuat xidmətinin regiona

10 avqust