"4-cü Qlobal Media Forumu cəmiyyətlər arasında sarsılmış etimadın bərpasına və sülhün təmin edilməsinə öz töhfəsini verəcək" - DEPUTAT

"4-cü Qlobal Media Forumu cəmiyyətlər arasında sarsılmış etimadın bərpasına və sülhün təmin edilməsinə öz töhfəsini verəcək" - DEPUTATŞuşada keçirilən 4-cü Qlobal Media Forumunda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də forumda iştirak edir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, açılış mərasimində iştirak edən cənab prezident İlham Əliyev çıxışında bir çox önəmli məsələlərə toxunub:

"Ölkə başçısı qeyd edib ki, tədbirin keçirilməsinin məqsədi dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələri ilə qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarətdir. Ən önəmlisi isə Forumda iştirak edən beynəlxalq media nümayəndələri erməni vandalizmini öz gözləri ilə görəcəklər. Eləcə də, forum iştirakçıları Qarabağın inkişafını, yenidən qurulmasını şahidi olurlar".

Deputat vurğulayıb ki, ölkə başçısı Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirdiyini qeyd edib:

"Çünki Azərbaycan hər zaman Avropa Şurasının haqsız mövqeyi ilə qarşılaşıb və daim ölkəmizə qarşı əsassız iddialar irəli sürürlər. Ölkəmizə qarşı işğalçı siyasəti yürüdən və soydaşlarımızı vəhşicəsinə qətlə yetirən Ermənistanı cəzalandırmaq üçün bir dəfə ola qətnamə qəbul etməyən Avropa Şurası dəfələrlə Azərbaycana qarşı haqsiz mövqe sərgiləyib. 2023-cü ildə biz öz legitim hüququmuzdan istifadə edərək seperatçıların əlində qalan torpaqlarımızı işğaldan azad etdik. Amma Avropa Şurası Azərbaycanı cəzalandırmaq üçün qətnamələr qəbul etdilər.

Bilirsiniz ki, 2024-cü ildə yanvarında Azərbaycan nümayəndə heyətinin akkreditasiyanı sual altına çəkdilər və səsvermə hüququndan məhrum etdilər. Ölkə başçısının söylədiyi kimi bu insan hüquqları ilə bağlı məsələ deyildi. Onunla bağlı olsaydı daha əvvəldən edərdilər. Bu, sadəcə bizimlə, ərazi bütövlüyümüzlə bağlı bir cəza idi. Azərbaycan nümayəndə heyəti çox müdrik qərar qəbul elədi. Onlar görüşlərdə iştirakdan imtina etdilər. Əgər bizim səsvermə hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq?! Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə də səs verməyib.Buna görə də biz onların qərarlarını tanımırıq.

Cənab prezident İlham Əliyev çıxışında iki il ərzində ayrı-seçkiliyə məruz qaldığımızı da vurğulayıb.Ona görə Azərbaycan tam olaraq təşkilatdan çıxmağı gözdən keçirir. Bundan əlavə ölkə başçısı Azərbaycan-ABŞ münasibətlərinə də toxunub.Azərbaycan-ABŞ münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb.

Həmçinin cənab prezident İlham Əliyev "907-ci düzəliş" ABŞ Konqresi tərəfindən ədalətsiz addım olduğunu və bu ermənipərəst senatorlar tərəfindən irəli sürüldüyünü də vurğulayıb.Bayden də məhz onlardan biri olub, buna görə də Azərbaycan Bayden administrasiyası zamanı çətinliklərlə üzləşib. Bu səbəbdən Azərbaycan ABŞ-nin maliyyə yardımından məhrum Ölkə başçısının söylədiyi kimi Prezident bir daha vurğulayıb ki, "907-ci düzəliş" tamamilə aradan qaldırlmalı və ləğv edilməlidir. Çünki Azərbaycan və Ermənistan Prezident Trampın iştirakı ilə sülh sazişini paraflayıblar. Başqa tərəfdən, Azərbaycan birtərəfli olaraq Ermənistana olan məhdudiyyətləri tam aradan qaldırıb, 40 min tondan artıq müxtəlif yüklər Ermənistana Rusiya, Qazaxıstan və digər yerlərdən daşınıb. Həmçinin Azərbaycan özü neft məhsullarının Ermənistana təchiz edilməsinə başlayıb, bu rəqəm artıq 10 min tondan artıqdır.Prezident Trampın qəti mövqeyinə baxmayaraq, hələ ki qüvvədə qalır. ABŞ Konqresi bunu nə qədər tez ləğv edərsə, bu həm hamı üçün, həm də Azərbaycan üçün faydalı olacaq, çünki belə olan halda ayrı-seçkilik aradan qalxacaq və Konqres öz məsuliyyətini və bacarığını nümayiş etdirəcək. Eləcə də, ölkə başçısı çıxışında Azərbaycanın xarici siyasəti və digər mühüm məsələlərə də toxunub.

Ümumilikdə isə forum mediada məsuliyyətli davranışın vacibliyini önə çəkərək, cəmiyyətlər arasında sarsılmış etimadın bərpası, rəqəmsal həmrəyliyin gücləndirilməsi və sülhün təmin olunması istiqamətində praktiki addımların atılmasına töhfə verməyi hədəfləyir. Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.

Qeyd edək ki, 2022-ci ildə ilk dəfə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Sonrakı illərdə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilib. Belə ki, 2023-cü ildə keçirilən 1-ci Şuşa Qlobal Media Forumu "4-cü Sənaye İnqilabı dövründə Yeni Media", 2024-cü ildə baş tutan 2-ci Şuşa Qlobal Media Forumu "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə", 2025-ci ildəki 3-cü Şuşa Qlobal Media Forumu isə "Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi" mövzularına həsr olunub.İndiyədək keçirilmiş dörd forum ərzində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxsi bir araya gətirən Şuşa Qlobal Media Forumu qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi öz mövqeyini möhkəmləndirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 516   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə

16 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr
.

David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ

"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan

16 sentyabr