Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? (FOTO)

Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? (FOTO)Bir neçə gün əvvəl yağan güclü yağışlar nəticəsində başlanğıcını Böyük Qafqaz sıra dağlarının cənub ətəklərindən götürən və Zaqatala rayonu ərazisindən keçən Muxax, Tala, Bəkməz və Zilban çaylarında suyun səviyyəsi kəskin artaraq qısamüddətli selə səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusilə Talaçay və Zilbançayda suyun səviyyəsinin bir neçə dəfə yüksəlməsi nəticəsində yaşayış evlərinin zirzəmiləri və birinci mərtəbələri, həyətyanı sahələr sel suları altında qalıb. Taxıl, qarğıdalı, bostan-tərəvəz sahələri və fındıq bağlarına da ziyan dəyib.

Hadisədən dərhal sonra rayon icra hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası, aidiyyəti qurumlar, yerli icra nümayəndəlikləri və bələdiyyələrin əməkdaşları ərazilərə cəlb olunub. İlk növbədə zəruri infrastrukturun bərpasına başlanılıb. Tala və Zilban çaylarında suyun bulanması rayonun içməli su təchizatında çətinliklər yaratsa da, qabaqlayıcı tədbirlər görülüb.

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Ruslan Poladov bildirib ki, Talaçay daşqınları ilə tanınsa da, son on ildə bu miqyasda fəsad qeydə alınmayıb. Onun sözlərinə görə, sel ilk növbədə içməli su xətlərinə ciddi ziyan vurub.

Qeyd edək ki, Talaçay Zaqatala şəhəri, eləcə də rayonun ən iri yaşayış məntəqələrindən olan Yuxarı Tala və Aşağı Tala kəndlərinin əsas içməli su mənbələrindən biridir. Ötən əsrin 70-ci illərinin sonlarında istifadəyə verilən su xətti 1990-cı illərin sonlarından etibarən baş verən sellər nəticəsində dəfələrlə qəzalı vəziyyətə düşüb və rayonun daxili imkanları hesabına bərpa olunub. Sonuncu dəfə 2023-cü ildə xəttin yararsız vəziyyətdə olan 1200 metrlik hissəsi yenilənib. Hazırda isə su xətti istismar müddətini başa vurduğundan əsaslı yenidənqurmaya ehtiyac duyulur.

Ruslan Poladovun sözlərinə görə, Talaçay və Zilbançayda suyun səviyyəsinin yüksək, bulanıqlığın isə normadan artıq olması səbəbindən ilk gündən idarənin, eləcə də qonşu rayonların su maşınları əhalinin içməli su ilə təminatına cəlb edilib.

"Talaçay və Zilbançay mənbələrinin sel nəticəsində zədələnməsi, hidrotexniki qurğuların qum-çınqıl qatı altında qalması vəziyyəti çətinləşdirsə də, operativ tədbirlər sayəsində çıxış yolu tapıldı", - deyə idarə rəisi bildirib.

Onun sözlərinə görə, əməkdaşlar növbəli iş rejiminə keçib, qonşu rayonlardan cəlb olunan 10 su maşını vasitəsilə əhaliyə içməli su çatdırılıb. Bundan başqa, bütün artezian quyuları işə salınıb və su daşıyan avtomobillər yaşayış məntəqələrinə yönləndirilib. Fasiləsiz aparılan işlər nəticəsində Zilbançay mənbəsində bərpa tədbirləri qısa müddətdə başa çatdırılıb və iyulun 10-dan etibarən şəhərə suyun verilməsi bərpa olunub. Hazırda Zaqatala şəhərinə su qrafik əsasında verilir, eyni zamanda su maşınları vasitəsilə təminat davam etdirilir. Talaçayın Meşleş mənbəsində isə bərpa işləri sürətlə aparılır.

İdarə rəisi bildirib ki, bu günlərdə şəhər sakinləri də həmrəylik nümayiş etdirərək qonşularının su təminatına dəstək olublar. Xüsusilə Elvin və Toğrul qardaşları özlərinə məxsus su maşını ilə heç bir ödəniş tələb etmədən gündə bir neçə dəfə əhaliyə içməli su çatdırır və bu xeyirxah təşəbbüsü hazırda da davam etdirirlər.

Ruslan Poladov qeyd edib ki, hazırda Tala və Zilban çaylarında ağır texnikalar fasiləsiz işləyir, məcratənzimləmə işləri aparılır, çay yataqlarında daha möhkəm qum-çınqıl mühafizə bəndləri qurulur. Eyni zamanda Muxax və digər çaylarda da vəziyyət nəzarətdə saxlanılır. Onun sözlərinə görə, işlərə qonşu rayonlardan əlavə ağır texnikalar cəlb olunub və selin fəsadlarının tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? (FOTO)Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? (FOTO)Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? (FOTO)Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? (FOTO)Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? (FOTO)Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? (FOTO)Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? (FOTO)Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? (FOTO)Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? (FOTO)Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? (FOTO)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 459   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə

16 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr
.

David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ

"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan

16 sentyabr