Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? (VİDEO)
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı görkəmli xanəndə, Əməkdar artist Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunub.
Verilişdə sənətkarın yaxın dostları və həmkarları onunla bağlı indiyədək geniş ictimaiyyətə məlum olmayan xatirələrini bölüşüblər. Diqqətçəkən məqamlardan biri Məhəbbət Kazımovun ifa etdiyi "Təkcə mənim olaydın" mahnısı ilə bağlı olub. Şair Zahir Abbas bildirib ki, Rusiyada konsert proqramında iştirak edən müğənni kriminal aləmlə əlaqəsi olduğu deyilən bir şəxsin görüşünə çağırılıb:
"Görüş zamanı həmin şəxs mahnının sözlərinin əsl müəllifi olduğunu iddia etdi. O bildirdi ki, sözləri sevdiyi bir qıza həsr edib, lakin həmin qızın yalanı ucbatından bir gənci öldürüb. Dedi ki, hər gün Allahdan günahlarının bağışlanmasını diləyir və həmin gəncin ruhuna rəhmət oxuyur. Məhəbbət Kazımovdan xahiş və tələb etdi ki, bu mahnını bir daha ifa etməsin. Məhəbbət Kazımov isə sözlərin müəllifinin mahnının ifasına razılıq vermədiyini nəzərə alaraq onun tələbini qəbul edib".
Şairin sözlərinə görə, sənətkar Rusiyadan qayıtdıqdan sonra "Təkcə mənim olaydın" mahnısını efirlərdə səsləndirməyib və onun təbliği ilə məşğul olmayıb. Məhəbbət Kazımov sağlığında bu hadisənin ictimailəşdirilməsini istəməyib./Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 475 Tarix: 13 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır
Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd
16 sentyabrAzərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli
16 sentyabrRamiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16 sentyabrBalaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama
Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə
16 sentyabrSükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabr"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi
16 sentyabr