Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya məkanında mühüm platformadır

Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya məkanında mühüm platformadır13-14 iyul tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada IV Şuşa Qlobal Media Forumu keçirilir. Şuşada media forumlarının keçirilməsi artıq ənənə halını alıb. Hər il forum iştirakçılarının sayının artması bu platformanın beynəlxalq əhəmiyyətinin getdikcə yüksəldiyini nümayiş etdirir.

IV Şuşa Qlobal Media Forumunda bu il daha geniş beynəlxalq təmsilçilik nəzərdə tutulur. Belə ki, forumda 53 ölkədən 160-a yaxın xarici qonağın, o cümlədən 30-a yaxın informasiya agentliyinin, 60-dan çox media qurumunun, 10-a yaxın beynəlxalq təşkilat və şirkətin, eləcə də media sahəsi ilə əlaqəli digər qurumların nümayəndələri iştirak edir. Forum qlobal informasiya gündəliyində yer alan aktual məsələlərin müzakirəsi, beynəlxalq əməkdaşlığın inkişafı, media sahəsində yeni çağırışlarla bağlı təcrübə və fikir mübadiləsinin aparılması baxımından mühüm platforma rolunu oynayır.

Bu il forum çərçivəsində keçiriləcək panel müzakirələrinin mövzuları da müasir qlobal çağırışları əhatə edir. Belə ki, "Media obyektivində sülh quruculuğu və ictimai diskurs", "Dağıntıdan dirçəlişə: Şəhərsalma narrativləri və media məsuliyyəti" və "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" mövzularında panel iclasları keçiriləcək. Geosiyasi gərginliyin artdığı, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi indiki dövrdə bu mövzuların xüsusi aktuallıq kəsb etdiyi şübhəsizdir.

Forum həm də Azərbaycanın regionda yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm imkandır. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev tədbirin məqsədindən bəhs edərək qeyd edib ki, forum iştirakçıları Qarabağda aparılan bərpa və yenidənqurma işlərini öz gözləri ilə görürlər. Həqiqətən də, Qarabağın sürətlə yenidən qurulması, hər il keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi siyasətin uğurlu nəticəsini nümayiş etdirir.

Dövlət başçısı Azərbaycanın sülh və əməkdaşlıq siyasətindən danışaraq vurğulayıb ki, qonşu dövlətlərlə və region ölkələri ilə qurulan sağlam münasibətlər beynəlxalq nəqliyyat və enerji dəhlizlərinin formalaşmasına geniş imkan yaradıb. Müasir dövrdə parçalanmış və mürəkkəb beynəlxalq münasibətlər sistemində müxtəlif maraqlara malik ölkələrlə balanslı əlaqələrin qorunması asan məsələ deyil. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət Azərbaycanın müxtəlif dövlətlərlə yüksək səviyyəli münasibətlərini qoruyub saxlamasına imkan verib.

Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasındakı münasibətlərə də toxunaraq bu qurumun ölkəmizə qarşı nümayiş etdirdiyi ikili standartları, qərəzli yanaşmanı və sifarişli qətnamələri kəskin tənqid edib. Dövlət başçısı belə münasibətin AŞPA-da üzvlüyün davam etdirilməsinin əhəmiyyətini azaltdığını bildirərək Azərbaycanın Avropa Şurasından tam çıxmaq məsələsini də nəzərdən keçirdiyini qeyd edib.
Həqiqətən də, Azərbaycan Avropa Şurasına üzv olarkən məqsəd beynəlxalq hüququn, ədalətin və əməkdaşlığın inkişafına töhfə vermək idi. Lakin əgər bu platforma ölkəmizin haqlı mövqeyini müdafiə etmək əvəzinə yalnız siyasi təzyiq vasitəsinə çevrilirsə, həmin təşkilatda üzvlüyün nə dərəcədə məqsədəuyğun olduğu sual doğurur.
Prezident İlham Əliyev Avropa Komissiyası ilə münasibətlərə də toxunaraq bildirib ki, Avropa İttifaqının keçmiş xarici siyasət rəhbəri Cozep Borrelin qərəzli və birtərəfli mövqeyi Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərmişdi. Hazırda isə yeni rəhbərlik dövründə münasibətlərdə yeni mərhələnin başlanması üçün imkanlar yaranıb. Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf meyillərini ümumilikdə müsbət qiymətləndirmək mümkündür. Dövlət başçısının çıxışında bu məsələlərə geniş yer ayırması mövcud reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi daşıyır.

Azərbaycanın xarici siyasəti onun ərazi bütövlüyü və suverenliyi kimi müstəqildir. Lakin hər hansı beynəlxalq təsisat fəaliyyətini qərəz və ikili standartlar üzərində qurursa, Azərbaycanın buna adekvat münasibət bildirməsi tamamilə təbiidir.

IV Şuşa Qlobal Media Forumunda iştirak edən beynəlxalq media qurumlarının nümayəndələrinin və ekspertlərin mövcud reallıqları birbaşa ölkə rəhbərinin dilindən eşitmələri xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, forum çərçivəsində müzakirə olunan mövzular beynəlxalq medianın diqqət mərkəzində olacaq, burada səsləndirilən fikirlər isə qlobal informasiya gündəliyində mühüm yer tutacaq.

Azər Badamov
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 490   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə

16 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr
.

David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ

"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan

16 sentyabr