Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuzlu "Great Place to Work" sertifikatı ilə təltif olunub
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuza malik "Great Place to Work" sertifikatına layiq görülüb. Bu sertifikat şirkətin əməkdaş təcrübəsi və təşkilati mədəniyyət sahəsində beynəlxalq səviyyədə tanınan standartlara cavab verdiyini təsdiqləyir.
"Great Place to Work®" sertifikatı əməkdaşların anonim rəyləri əsasında aparılan müstəqil qiymətləndirmənin nəticələrinə əsasən təqdim edilir və iş yeri mədəniyyəti, rəhbərliyə etimad, əməkdaş məmnuniyyəti, inklüzivlik və insan mərkəzli idarəetmə prinsiplərinin beynəlxalq səviyyədə tanınan göstəricilərindən hesab olunur. Qiymətləndirmənin nəticələrinə əsasən, sorğuda iştirak edən Azərbaycan Hava Yolları əməkdaşlarının təxminən 80 faizi şirkəti işləmək üçün etibarlı və müsbət iş mühiti kimi qiymətləndirib.
Milli aviadaşıyıcı insan kapitalını strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən edib və bu sahəyə ardıcıl investisiya yatırır. Şirkət əməkdaşların peşəkar inkişafının dəstəklənməsi, davamlı təlim və inkişaf imkanlarının genişləndirilməsi, bərabər imkanlar yaradan sağlam iş mühitinin təşviqi, eləcə də müasir idarəetmə yanaşmalarının tətbiqi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
"Bu sertifikat bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki birbaşa əməkdaşlarımızın rəylərinə əsaslanır. Bu nəticə Azərbaycan Hava Yollarında etimada əsaslanan iş mühitinin və insan kapitalının inkişafına verdiyimiz önəmin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Qarşıdakı dövrdə də əməkdaşlarımız üçün inkişaf imkanlarını genişləndirməyə və müasir, inklüziv iş mühitini daha da gücləndirməyə davam edəcəyik", - deyə Azərbaycan Hava Yollarının insan resursları direktoru Ellada Alışova bildirib.
İlk dəfə əldə olunan "Great Place to Work" sertifikatı Azərbaycan Hava Yollarının insan kapitalının inkişafına yönəlmiş uzunmüddətli strategiyasının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu nəticə şirkətin etibarlı işəgötürən kimi mövqeyini möhkəmləndirməklə yanaşı, insan resurslarının inkişafına və əməkdaş məmnuniyyətinə verdiyi önəmi də bir daha təsdiqləyir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi