Şuşa Media Forumu Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirəcək

Şuşa Media Forumu Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirəcəkİyulun 13-də Şuşa şəhərində keçirilən Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda ənənəvi IV Şuşa Qlobal Media Forumu müstəqil milli mətbuatımızın 151 illiyi ərəfəsində keçirilməsi baxımından həm rəmzi, həm də strateji əhəmiyyətə malikdir. Bu mühüm tədbir informasiya və media mühitində gedən qlobal proseslər fonunda Azərbaycanın təşəbbüskar, ağıllı və proqressiv yanaşmasının daha bir təzahürüdür.

Prezident İlham Əliyevin uzaqgörən və praqmatik liderliyi sayəsində Azərbaycan təkcə enerji və nəqliyyat sahəsində deyil, eyni zamanda, informasiya, rəqəmsal texnologiyalar və media təhlükəsizliyi istiqamətində də beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrilib. Məhz dövlətimizin başçısının iradəsi və siyasi qətiyyəti nəticəsində son illər informasiya təhlükəsizliyinin təmin olunması, milli media sisteminin inkişafı və rəqəmsal suverenliyin qorunması istiqamətində mühüm islahatlar həyata keçirilib.

Qlobal çağırışlara cavab olaraq Azərbaycanın informasiya məkanını süni intellekt və rəqəmsal texnologiyaların yeni imkanları ilə təchiz etməsi, bu sahədə strateji baxış ortaya qoyması Prezident İlham Əliyevin ölkəmizin gələcəyinə hesablanmış inkişaf kursunun tərkib hissəsidir.

Ölkə başçısı IV Şuşa Qlobal Media Forumunun açılışında tədbirin keçirilməsinin məqsədindən danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından - dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər".

Prezident İlham Əliyev Forumunun açılışındakı çıxışında ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə xüsusi yer ayıraraq qeyd edib ki, "Öz coğrafi üstünlüklərimizdən istifadə edərək, səylər göstərdik ki, çoxtərəfli əməkdaşlıq üçün platforma quraq".

Hazırda Azərbaycanda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində işlər aparılır. Belə ki, istər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə ölkəmizin əlaqələri yaxşıdır və onların genişləndirilməsi ilə bağlı işlər davam edir.

Ölkə başçısı Azərbaycanın artıq ortasəviyyəli gücə çevrildiyini qeyd edib. "Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir", - deyə dövlətimizin başçısı bildirib.

Bu gün Azərbaycan artıq 16 ölkəyə qaz boru kəmərləri ilə qaz nəql edir. Bu göstərici üzrə ölkəmiz dünyada birinci yerdədir və gələcəkdə bu imkanlar daha da genişləndiriləcəkdir. "Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqları aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı bizə müraciətlər var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir və 10 il bundan əvvəl ilə müqayisə etsək, rolumuz daha vacibdir", - deyə dövlətimizin başçısı əlavə edib.

Azərbaycan hazırda Avstriya və Almaniyaya qaz ixracına başlayıb. Avropa və qlobal bazarda ökəmizin mövcudluğunu gücləndirmək Azərbaycanın ümumi strategiyasının tərkib hissəsidir. Dövlətimizin başçısının sözlərinə görə, Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər ordadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq. Həmçinin hazırda ölkəmizdən Suriyaya da təbii qa nəql edilir və gələcəkdə buradan qonşu ölkələrə də keçid edilə bilər.
Ənənəvi Media Forumda ölkə başçısı Qarabağda aparılan quruculuq işlərinə toxunub. Bildirib ki, bu gün bizim əsas gündəliyimiz təbii ki, dayanıqlı inkişafın təmin edilməsidir, Qarabağın bərpasıdır, yenidən qurulmasıdır, layihələrimizin yekunlaşdırılmasıdır ki, onların nəticəsində yeni nəqliyyat marşrutları yaradılacaq. Dövlətimizin başçısı əlavə edib ki, bizim gündəliyimizdə, həmçinin rəqəmsal transformasiya və süni intellektin inkişafı məsələləri də yer alır.

Bu gün regionda real təhdidlərdən danışan Prezident İlham Əliyev qeyd edib: "Bir sözlə, biz imkanlarımızı genişləndirməliyik, müdafiəmizi gücləndirməliyik, milli maraqlarımızı müdafiə etməliyik və mümkün qədər çox ölkə ilə praktiki əməkdaşlığımızı gücləndirməliyik".

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 233   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 15-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bakıda v

14 iyul
.

Azərbaycan-Slovakiya strateji əməkdaşlığı Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir

Ötən ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Slovakiyaya ilə rəsmi dövlət səfəri zamanı Azərbaycan və Slovakiya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri ən yüksək səviyyəyə çatdırıb. Bu sənədin imzalanmasından sonra əməkdaşlıq praktiki olara

14 iyul
.

Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-kommuna

14 iyul
.

Əməliyyata hazırlanan xəstə öldü

Ağdam Rayon Mərkəzi Xəstəxanasında əməliyyata hazırlaşan xəstə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 52 yaşlı yaşlı Beyləqan rayon sakini Məmmədov Qərib Qanboy oğlu Goranboy Rayon Mərkəzi Xəstəxanasından əməliyyat olunması üçün Ağdam Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Q.Məmmədov hazırlı

14 iyul
.

Bu şəxslər 1500 manatadək cərimələnəcək

Toxumçuluq haqqında qanunvericiliyin pozulması hallarının əhatə dairəsi genişləndiriləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Hazırda qüvvədə olan qanunvericiliyə görə

14 iyul
.

Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əhəmiyyətli beynəlxalq tədbirlər təşkil olunur. Artıq 4-cü ildir keçirilən Şuşa Qlobal Media Forumu da dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilib. Bu Foruma 53 ölkədən 160-a yaxın xarici qonaq, o cümlədən media nümayəndəsinin

13 iyul
.

Azərbaycanın növbəti diplomatiya uğurları

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada artıq ənənə halını almış Qlobal Media Forumunun keçirilməsi ölkəmizin açıq dialoqa, obyektiv informasiya mühitinin formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin bariz ifadəsidir. Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasın

13 iyul
.

Metropoliten milyonlarla manat dotasiya alır, sərnişinlər isə kondisionersiz qatarlarda əziyyət çəkir - ARAŞDIRMA - RƏSMİ AÇIQLAMA

Bakı Metropoliteni hər il dövlət büdcəsindən təxminən 30-40 milyon manat dotasiya aldığı halda, sərnişinlər hələ də yay aylarında dözülməz istilə üz-üzə qalırlar. Xüsusilə İçərişəhər istiqamətində hərəkət edən köhnə qatarların heç birində kondisioner sistemi yoxdur və insanlar havasız vaqonlarda yo

13 iyul
.

Şuşa Media Forumu Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirəcək

İyulun 13-də Şuşa şəhərində keçirilən Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda ənənəvi IV Şuşa Qlobal Media Forumu müstəqil milli mətbuatımızın 151 illiyi ərəfəsində keçirilməsi baxımından həm rəmzi, həm də strateji əhəmiyyətə malikdir. B

13 iyul