Azərbaycanın növbəti diplomatiya uğurları

Azərbaycanın növbəti diplomatiya uğurlarıAzərbaycanın mədəniyyət paytaxtı Şuşada artıq ənənə halını almış Qlobal Media Forumunun keçirilməsi ölkəmizin açıq dialoqa, obyektiv informasiya mühitinin formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin bariz ifadəsidir. Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir.

Dövlətimizin başçısı bu dəfə də təkcə Azərbaycanın prinsipial mövqeyini ətraflı izah etmədi, həm də regionda və dünyada baş verən geosiyasi proseslərə dair dolğun təhlillər təqdim etdi. Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq hüququn aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və medianın artan məsuliyyəti kimi mühüm məsələlərə toxundu. Dövlət başçısının cavabları bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların müəllifi olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas aktorlardan biridir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər beynəlxalq media nümayəndələrinə ölkəmizin mövqeyini birbaşa mənbədən öyrənmək imkanı yaratdı və bir sıra məsələlərə dair mövcud suallara aydınlıq gətirdi. Bu isə informasiya manipulyasiyalarının və qərəzli yanaşmaların qarşısının alınması, Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya obyektiv şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın yürütdüyü siyasətin hər zaman əməkdaşlığa yönəldiyini xüsusi vurğulayıb. Azərbaycan regionda dayanıqlı sülhün və iqtisadi inteqrasiyanın təmin olunması istiqamətində ardıcıl və konstruktiv siyasət yürüdür, münasibətlərin normallaşması üçün praktik addımlar atır.

Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 mindən çox ton müxtəlif təyinatlı yük Azərbaycan ərazisindən maneəsiz şəkildə daşınıb. Bu fakt Azərbaycanın etibarlı tranzit ölkəsi statusunu və regionda əməkdaşlıq mühitinin formalaşdırılmasına verdiyi real töhfəni bir daha nümayiş etdirir. Ölkəmiz sülh gündəliyini yalnız siyasi bəyanatlarla deyil, konkret əməli addımlarla dəstəkləyir. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, beynəlxalq yükdaşımaların fasiləsiz təmin edilməsi və regionda iqtisadi əlaqələrin inkişafına yaradılan əlverişli şərait ölkəmizin konstruktiv mövqeyinin əyani göstəricisidir.

Azərbaycan lideri İlham Əliyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən görüşdə region üçün əhəmiyyət kəsb edən bir sıra strateji məsələlərə toxunub. Dövlətimizin başçısı çıxışında Zəngəzur dəhlizinin vacib layihə olduğuna diqqəti yönəldərək qeyd etdi ki, bu layihə Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Zəngəzur dəhlizi, eyni zamanda, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə və regionun tranzit potensialının daha da güclənməsinə töhfə verəcək. Prezident İlham Əliyev çıxışında ötən ilin avqustun 8-də Ağ Evdə keçirilən tarixi görüşə də toxundu. Dövlətimizin başçısı həmin görüş zamanı ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə üçtərəfli bəyanat imzalandığını, eyni zamanda, hər iki ölkənin xarici işlər nazirlərinin sülh sazişini parafladıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Səsləndirilən bu fikirlər Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini, regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini və qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi önəmi bir daha nümayiş etdirir.

Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində artan rolu ilə bağlı mühüm açıqlamalar da verdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa İttifaqı ölkələrinə təbii qaz tədarükünü genişləndirməklə bağlı danışıqlar aparır. Bu ilin əvvəlindən Avstriya və Almaniyaya qaz tədarükünə başlanılması Azərbaycanın Avropa bazarında mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edən strateji addımlardan biridir. Bu gün ölkəmiz etibarlı, proqnozlaşdırılan və məsuliyyətli enerji tərəfdaşı kimi beynəlxalq aləmdə böyük etimad qazanıb və bu etimad yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradır.
IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirdi. Şuşadan dünyaya ünvanlanan bu mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin qlobal informasiya məkanında daha geniş yayılmasına və beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin dərinləşməsinə mühüm töhfə verir.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 351   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə

16 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr
.

David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ

"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan

16 sentyabr