Azərbaycanın balanslaşdırılmış xarici siyasəti ölkəmizi Şərqlə Qərbi birləşdirən etibarlı tərəfdaşa çevirib
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın nəqliyyat bağlantıları və qonşu dövlətlərlə münasibətləri barədə səsləndirdiyi fikirlər ölkəmizin son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət kursunun məntiqi nəticəsidir. Bu gün Azərbaycan əlverişli coğrafi mövqeyini güclü siyasi iradə, etibarlı tərəfdaşlıq və müasir infrastruktur layihələri ilə birləşdirərək Avrasiya məkanının əsas əlaqələndirici dövlətlərindən birinə çevrilib.
Azərbaycanın əldə etdiyi uğurların əsasında yalnız coğrafi mövqe deyil, Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət dayanır. Azərbaycan bu gün həm Şərq, həm Qərb, həm Şimal, həm də Cənub istiqamətində etibarlı tərəfdaş kimi qəbul olunur. Mərkəzi Asiya ölkələri, Gürcüstan, Türkiyə və Avropa dövlətləri ilə formalaşdırılan qarşılıqlı etimad mühiti ölkəmizin beynəlxalq nəqliyyat və logistika sistemində strateji mövqeyini daha da möhkəmləndirib. Orta Dəhlizin getdikcə artan əhəmiyyəti də məhz bu etimadın və uzunmüddətli dövlət siyasətinin nəticəsidir. Azərbaycanın beynəlxalq nüfuzu təkcə nəqliyyat və enerji layihələri ilə məhdudlaşmır. Rəsmi Bakı uzun illərdir müxtəlif siyasi, mədəni və dini sivilizasiyalar arasında etibarlı körpü rolunu uğurla yerinə yetirir. Azərbaycan həm İslam dünyasının ayrılmaz üzvüdür, həm də Avropa institutları ilə səmərəli əməkdaşlıq edən etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatında fəal iştirakı, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində atdığı addımlar, eyni zamanda, Avropa İttifaqı ilə enerji təhlükəsizliyi, nəqliyyat və iqtisadi əməkdaşlıq sahəsində həyata keçirilən layihələr bu balanslaşdırılmış siyasətin uğurlu nəticələridir.
Azərbaycanın Qoşulmama Hərəkatına dörd il ərzində uğurlu sədrlik etməsi də ölkəmizin beynəlxalq etimad qazandığını göstərən mühüm nümunələrdən biridir. Həmin dövrdə Azərbaycan inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi, qlobal həmrəyliyin təşviqi və xüsusilə pandemiya dövründə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış etdi. Bu, Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da məsuliyyətli və etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirdi: "Nəqliyyat dəhlizlərinin inkişafı təkcə iqtisadi layihə deyil, həm də siyasi etimadın göstəricisidir. Beynəlxalq dəhlizlər yalnız yollar, dəmir yolları və limanlardan ibarət deyil. Onların səmərəli fəaliyyəti, ilk növbədə, dövlətlər arasında qarşılıqlı etimada, siyasi sabitliyə və uzunmüddətli əməkdaşlığa söykənir. Məhz buna görə də, bu gün Azərbaycanın həm Mərkəzi Asiya, həm Cənubi Qafqaz, həm Türkiyə, həm də Avropa ilə formalaşdırdığı münasibətlər Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırır. Təsadüfi deyil ki, son illərdə Avropa üçün enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, Mərkəzi Asiya ilə Avropa arasında yükdaşımaların böyük hissəsinin Azərbaycan üzərindən həyata keçirilməsi ölkəmizin geostrateji mövqeyini daha da gücləndirir. Bu gün Azərbaycan yalnız coğrafi baxımdan deyil, siyasi etibarlılığı, çoxtərəfli əməkdaşlığa sadiqliyi və beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşması ilə də Şərqlə Qərbi birləşdirən əsas körpülərdən birinə çevrilib.
Nadir Azəri - "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri, siyasi şərhçi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bu ölkədə 10 avroya dağ havası satılır
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi