Şuşa qlobal media gündəmini müəyyən edən strateji platformaya çevrilir

Şuşa qlobal media gündəmini müəyyən edən strateji platformaya çevrilirQlobal informasiya mühitinin sürətlə transformasiyaya uğradığı, dezinformasiya müharibələrinin regional və qlobal sabitliyə birbaşa təhdid yaratdığı bir dövrdə Azərbaycan növbəti dəfə mühüm beynəlxalq müzakirə mərkəzinə çevrilir. Bu gündən ölkəmizin mədəniyyət paytaxtı Şuşada işə başlayan IV Şuşa Qlobal Media Forumu həm müzakirə olunan mövzuların aktuallığı, həm də iştirakçı coğrafiyasının genişliyi ilə qlobal media gündəmini müəyyən edən strateji platforma statusunu daha da möhkəmləndirir.

Builki forumun "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusu ilə təşkil olunması təsadüfi deyil. Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsini, beynəlxalq ekspertləri və rəsmi şəxsləri bir araya gətirən bu tədbir həm Azərbaycanın yumşaq gücünün nümayişi, həm də beynəlxalq jurnalistikanın gələcək arxitekturasının formalaşması baxımından dərin analitik təhlil tələb edir.

Şuşa Media Forumunun ən böyük rəmzi və praktiki əhəmiyyəti onun keçirildiyi məkandır. Otuz illik işğaldan azad edilmiş, bu gün isə genişmiqyaslı yenidənqurma və sülh quruculuğu prosesinin mərkəzi olan Qarabağ və Şuşa şəhəri, dünyaya sülh mesajlarının ötürülməsi üçün ən obyektiv platforma kimi qəbul olunur. Bu bir həqiqətdir ki, müasir dövrdə medianın rolu sadəcə xəbər istehsal etməkdən ibarət deyil; media sülhün təşviqində, cəmiyyətlər arasında sarsılmış etimadın yenidən qurulmasında katalizator rolunu oynamalıdır. Azərbaycanın post-münaqişə reallıqlarının, regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atılan addımların dünya mediasının aparıcı simaları tərəfindən yerindəcə müşahidə edilməsi, uzun illər ölkəmizə qarşı aparılan qərəzli informasiya kampaniyalarına qarşı ən effektiv cavabdır.

Müasir medianın ən böyük böhranlarından biri həqiqət ilə yalan arasındakı sərhədlərin ifrat dərəcədə şəffaflaşmasıdır. Rəqəmsal platformalarda saxta xəbərlərin sürətlə yayılması təkcə fərdlərin manipulyasiyasına deyil, həm də dövlətlərin milli təhlükəsizliyinə birbaşa təhdid yaradır. Şuşa Qlobal Media Forumunun əsas fokus nöqtələrindən biri isə məhz beynəlxalq dezinformasiyaya qarşı qlobal əməkdaşlıq mexanizmlərinin qurulmasıdır. Heç bir şübhə yoxdur ki, dünyanın 30-a yaxın beynəlxalq xəbər agentliyinin və 60-dan çox aparıcı media qurumunun Şuşada bir araya gəlməsi sərhədlərarası media dialoqunun gücləndirilməsinə, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması üçün ortaq standartların müəyyənləşdirilməsinə, qlobal informasiya manipulyasiyalarına qarşı "rəqəmsal həmrəylik" modelinin formalaşdırılmasına zəmin yaradacaqır.

İnformasiya texnologiyalarının inkişafı, xüsusilə süni intellekt sistemlərinin media sektoruna daxil olması jurnalistikanın fundamental prinsiplərini yenidən formalaşdırır. Keçmiş forumların davamı olaraq, builki Şuşa Forumunda da süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika məsələləri ön plana çıxır. IV Şuşa Qlobal Media Forumu sadəcə iki günlük panel müzakirələrindən ibarət bir tədbir deyil. Bu forum, Azərbaycanın qlobal informasiya məkanında gündəmi diktə edən, qlobal çağırışlara intellektual və praktiki həllər təklif edən aktiv bir aktor olduğunu sübut edir. Şuşadan dünyaya yayılan "Həqiqətin bərpası" çağırışı, beynəlxalq medianın böhrandan çıxması və sülhün xidmətində dayanması üçün mühüm bir yol xəritəsidir.

Aysel Mənsimova - politoloq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 554   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə

16 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr
.

David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ

"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan

16 sentyabr