Prezident İlham Əliyevin Şuşa mesajları Azərbaycanın strateji mövqeyini bir daha nümayiş etdirdi

Prezident İlham Əliyevin Şuşa mesajları Azərbaycanın strateji mövqeyini bir daha nümayiş etdirdiŞuşada keçirilən Qlobal Media Forumunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq media nümayəndələrinin suallarını açıq, arqumentli və prinsipial şəkildə cavablandırması bir daha göstərdi ki, Azərbaycan bu gün yalnız regional proseslərin iştirakçısı deyil, həm də həmin proseslərin istiqamətini müəyyənləşdirən əsas siyasi mərkəzlərdən biridir.

Forumun əsas mövzusu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" - təsadüfi seçilməyib. Son illər informasiya müharibələrinin klassik müharibələr qədər təhlükəli xarakter alması medianın məsuliyyətini daha da artırıb.

Prezident İlham Əliyev də çıxışında məhz bu məqama diqqət çəkərək vurğuladı ki, dezinformasiyanın deyil, həqiqətin yayılması davamlı sülhün əsas şərtlərindən biridir. Dövlət başçısının çıxışında bir neçə strateji istiqamət xüsusi diqqət çəkdi
İlk növbədə, Cənubi Qafqazda davamlı sülhün təmin olunması ilə bağlı Azərbaycanın mövqeyi bir daha beynəlxalq auditoriyaya çatdırıldı. Prezident bəyan etdi ki, Azərbaycan müharibə səhifəsini bağlayıb və regionda yeni əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır. Bununla yanaşı, sülhün birtərəfli deyil, qarşılıqlı öhdəliklər və beynəlxalq hüquq prinsipləri əsasında mümkün olduğu açıq şəkildə ifadə edildi.

İkinci mühüm istiqamət media və informasiya təhlükəsizliyi ilə bağlı idi. Prezident vurğuladı ki, müasir dövrdə informasiya manipulyasiyası dövlətlərarası münasibətlərə ciddi təsir göstərir. Buna görə də peşəkar jurnalistika faktlara söykənməli, ictimai rəyə təsir göstərən saxta məlumatlara qarşı prinsipial mövqe nümayiş etdirməlidir.
Forum çərçivəsində Azərbaycanın xarici siyasət kursunun dəyişməz prinsipləri də bir daha təsdiqləndi. Müstəqil siyasət, milli maraqların qorunması, qarşılıqlı hörmətə əsaslanan beynəlxalq əməkdaşlıq və çoxtərəfli diplomatiya ölkəmizin əsas prioritetləri kimi təqdim olundu.

Prezident İlham Əliyevin çıxışında iqtisadi inkişaf, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və yaşıl enerji layihələri də xüsusi yer tutdu. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən etibarlı logistika mərkəzi kimi rolu, enerji ixracının şaxələndirilməsi və bərpa olunan enerji layihələrinin genişləndirilməsi ölkənin strateji əhəmiyyətini daha da artıran amillər kimi qiymətləndirildi.

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri də Prezidentin cavablarında mühüm yer aldı. Bildirildi ki, işğaldan azad olunmuş ərazilər təkcə bərpa edilmir, eyni zamanda ən müasir şəhərsalma, rəqəmsal idarəetmə və "yaşıl enerji" konsepsiyası əsasında yenidən qurulur. Şuşada beynəlxalq media forumunun keçirilməsi də bu reallığın dünya ictimaiyyətinə təqdim edilməsinin mühüm vasitəsidir.
Bütün bunlar göstərir ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, eyni zamanda qlobal siyasi dialoqun, media diplomatiyasının və beynəlxalq fikir mübadiləsinin mühüm platformasına çevrilib.
Prezident İlham Əliyevin Forum çərçivəsində verdiyi mesajların əsas mahiyyəti ondan ibarətdir ki, həqiqətin müdafiəsi, etimadın bərpası və ədalətli informasiya mühitinin formalaşdırılması XXI əsrdə sülh siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan da bu prosesdə həm siyasi iradəsi, həm də beynəlxalq təşəbbüsləri ilə fəal rol oynamaqda davam edir.

Türkan Cümşüdova - YAP üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 520   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama

Meyxanaçı Balaəli ilə Xosrov Maştağalı arasında baş verdiyi iddia olunan "butulka" davasına aydınlıq gətirilib. Meyxanaçı Balaəlinin dostu Ramin Qaynarinfo-ya açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib. "Dünənki tədbirdə mən olmamışam. Tədbir anidən təşkil olunub. Məlumatı səhə

16 sentyabr
.

Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video

Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günündə Yasamal rayonunda yerləşən 21 nömrəli məktəbdə olub. "Qafqazinfo" xəbər verir ki, nazir birincilərlə görüşərək söhbətləşib. Həmin görüntüləri təqdim edirik:

15 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16 sentyabr
.

David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ

"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan

16 sentyabr