Ölkə başçısının Şuşadan verilən mesajları

Ölkə başçısının Şuşadan verilən mesajlarıİyulun 13-də Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun aşılışında iştirak edərək, sualları cavablandırıb. Dövlət başçısının söylədikləri təkcə media nümayəndələri qarşısında edilən ənənəvi çıxış kimi deyil, həm də Azərbaycanın hazırkı xarici siyasət kursunu, regional prioritetlərini və qlobal proseslərə münasibətini əks etdirən strateji siyasi mesajlar toplusu kimi qiymətləndirilə bilər.
Forumun "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilməsi də təsadüfi deyil. Son illərdə beynəlxalq münasibətlər sistemində informasiya müharibələrinin ən az hərbi qarşıdurmalar qədər təsirli olduğu şəraitdə Azərbaycan öz mövqeyini beynəlxalq auditoriyaya birbaşa çatdırmaq üçün məhz Şuşanı siyasi kommunikasiya platformasına çevirir. Bu baxımdan Forum Azərbaycanın yumşaq güc alətlərindən biri kimi çıxış edir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas istiqamətlərdən biri Mərkəzi Asiya ilə inteqrasiyanın dərinləşməsi oldu. Dövlət başçısı Mərkəzi Asiya ilə Azərbaycanın artıq vahid iqtisadi və siyasi məkan formalaşdırdığını vurğulayaraq nəqliyyat, logistika və əlaqələndirmə layihələrinin strateji əhəmiyyətini ön plana çıxardı. Əslində bu yanaşma son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan yeni geosiyasi reallığın davamıdır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər üzərindən yükdaşımaların artması Azərbaycanı Avropa ilə Asiya arasında əsas tranzit mərkəzlərindən birinə çevirir. Prezidentin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasətini xüsusi qeyd etməsi isə Bakı-Daşkənd strateji tərəfdaşlığının gələcəkdə daha da genişlənəcəyinə işarə kimi qəbul edilə bilər.

Çıxışın digər mühüm istiqaməti Yaxın Şərqdə yaranmış təhlükəli vəziyyətlə bağlı idi. Prezident İlham Əliyev İran və ABŞ-İsrail qarşıdurmasının daha genişmiqyaslı münaqişəyə çevrilməsinin qarşısının alınmasının vacibliyini vurğulayaraq qonşu dövlətləri məsuliyyətli davranmağa çağırdı. Bu çağırış Azərbaycanın uzun illərdir həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin davamıdır. Rəsmi Bakı həm İranla qonşuluq münasibətlərini qorumağa, həm də Qərb və İsraillə əməkdaşlığı inkişaf etdirməyə çalışır. Buna görə də regionda yeni eskalasiyanın baş verməsi Azərbaycanın milli təhlükəsizliyi, enerji layihələri və beynəlxalq nəqliyyat marşrutları üçün ciddi risklər yarada bilər. Prezidentin "bu proses qlobal münaqişəyə çevrilə bilməz" fikri Azərbaycanın müharibədən daha çox diplomatik həll mexanizmlərini dəstəklədiyini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin Rusiya-Ukrayna müharibəsi ilə bağlı səsləndirdiyi fikirlər də diqqət çəkən məqamlardan biri idi. Dövlət başçısı müharibənin artıq çoxdan dayandırılmalı olduğunu bildirərək bunu həm Azərbaycanın rəsmi mövqeyi, həm də humanitar yanaşması kimi təqdim etdi. Bu mövqe Bakının son illərdə qorumağa çalışdığı balans siyasətinə tam uyğundur. Azərbaycan həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, həm də Rusiya ilə siyasi və iqtisadi əlaqələri saxlayır. Belə bir mövqenin qorunması regionun mürəkkəb geosiyasi şəraitində Azərbaycanın vasitəçilik imkanlarını və diplomatik manevr qabiliyyətini artıran amillərdən hesab olunur.

Forumda səsləndirilən digər mühüm mesaj Avropa təsisatları ilə münasibətlərə aid idi. Prezident Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətdə nümayiş etdirdiyi yanaşmanı tənqid edərək bunun ikili standartların göstəricisi olduğunu bildirdi və Azərbaycanın hətta gələcəkdə Avropa Şurasından çıxmaq məsələsini nəzərdən keçirdiyini qeyd etdi. Bu bəyanat Bakı ilə bəzi Avropa institutları arasında son illərdə yaranmış siyasi gərginliyin davam etdiyini göstərir. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqı ilə enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlığı davam etdirir. Bu isə onu göstərir ki, rəsmi Bakı Avropa ilə münasibətlərdə tam qarşıdurma deyil, seçici və praqmatik əməkdaşlıq modelinə üstünlük verir.

Forumun keçirildiyi məkanın məhz Şuşa olması da ayrıca siyasi məna daşıyır. Azərbaycanın 2020-ci ildən sonra Şuşanı beynəlxalq tədbirlərin əsas mərkəzlərindən birinə çevirməsi ölkənin postmünaqişə dövründə yeni siyasi narrativ formalaşdırmaq cəhdinin tərkib hissəsidir. Burada keçirilən beynəlxalq forumlar, mədəni tədbirlər və media platformaları həm Qarabağın bərpasını nümayiş etdirir, həm də Azərbaycanın bölgə üzərində suverenliyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinə xidmət edir. Dünyanın onlarla ölkəsindən jurnalistlərin və ekspertlərin Şuşada toplaşması da bu kommunikasiya strategiyasının effektivliyini artırır.

Nəticə etibarilə, IV Şuşa Qlobal Media Forumu yalnız media sahəsinə həsr olunmuş tədbir deyil, Azərbaycanın regional və qlobal siyasətinin əsas istiqamətlərinin beynəlxalq auditoriyaya təqdim edildiyi mühüm siyasi platformadır. Prezident İlham Əliyevin çıxışında Mərkəzi Asiya inteqrasiyası, Orta Dəhlizin inkişafı, Yaxın Şərqdə sülh çağırışı, Rusiya-Ukrayna müharibəsinə münasibət, Avropa institutları ilə əlaqələr və Azərbaycanın informasiya diplomatiyası vahid strateji xətt kimi təqdim olundu. Bu isə göstərir ki, Azərbaycan yaxın illərdə özünü təkcə Cənubi Qafqazın deyil, Avrasiya məkanının mühüm siyasi, logistika və kommunikasiya mərkəzlərindən biri kimi möhkəmləndirməyə çalışacaq.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 630   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

16 noyabr
.

İçərişəhərdə maşın park etməyin saatı 5 manatdır - RƏSMİ

"Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtlər

16 noyabr
.

Milli teleradio: Dövlətçilik ənənələrinin, milli kimliyin və Azərbaycan həqiqətlərinin təbliğində strateji vasitə

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin əsas istiqamətlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini, eləcə də müasir dövrdə informasiya təhlükəsizliyini

16 noyabr
.

Daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c

16 noyabr
.

Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü

Bakıda səhər saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Koroğlu metrostansiyasının çıxışında qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu yolu keçən gənc qızı vurub. Zərbənin təsirindən ağır xəsarət ala

16 noyabr
.

Mediaya ayrılan pul çox azdır - Deputat

Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy

16 noyabr
.

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar

Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl

16 noyabr
.

Yevlaxda ağır qəzada 2 nəfər öldü

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Naftalan şəhər sakinləri - 200-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tura

17 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr