"Hər kəs öz bədəni ilə bağlı qərarı özü verməlidir"
Aktrisa Ülviyyə Xəlilbəyova sosial şəbəkədə etdiyi paylaşımla estetik prosedurlar ətrafında səslənən tənqidlərə münasibət bildirib.
Axşam.az xəbər verir ki, o, bu barədə instaqram hesabının hekayə bölməsində fikirlərini bölüşüb. Aktrisa bildirib ki, insanın xarici görünüşündə onu narahat edən məqamı dəyişmək istəməsi və bunun ona özünü daha yaxşı hiss etdirməsi normaldır:
"Qədərində edilən hər şey gözəldir. İnsan öz xarici görünüşündə onu narahat edən bir məqamı dəyişmək istəyirsə və bu dəyişiklik ona özünü daha yaxşı hiss etdirməyə kömək edirsə, mən bunda heç bir problem görmürəm. Estetik prosedurların məqsədi də, çox vaxt, insanın özünəinamını artırmaq və onu narahat edən kompleksləri aradan qaldırmaq olur.
Təəssüf ki, estetik prosedurlara müraciət edən insanlar tez-tez qınaq və tənqid hədəfinə çevrilirlər. Halbuki hər kəs öz bədəni və görünüşü ilə bağlı qərarı özü verməlidir. Təbii qalmağı seçən də öz seçimini edir, estetik müdaxiləyə müraciət edən də. Hər iki seçimə hörmətlə yanaşmaq lazımdır.
Əlbəttə, burada əsas məsələ həddi aşmamaqdır. Nəticə bayağılığa, vulqarlığa və süni görünüşə çevrilmədiyi müddətdə, insanın özünü daha rahat və xoşbəxt hiss etməsi üçün etdiyi dəyişikliklər tamamilə normaldır".
Aktrisa əlavə edib ki, insanın görünüşündə etdiyi dəyişikliyin başqaları tərəfindən tənqid edilməsi gülüncdür:
"Heç vaxt başa düşə bilmirəm ki, bir insanın öz görünüşü ilə bağlı seçimi niyə başqalarını bu qədər narahat edir. Əgər xoşunuza gəlmirsə, sadəcə baxmayın. Amma kiminsə özünü daha yaxşı hiss etmək üçün etdiyi seçimə görə onu linç etmək, mühakimə etmək və ya alçaltmaq doğru deyil.
Hər kəs öz həyatı, bədəni və seçimləri ilə bağlı qərar vermək haqqına malikdir. Ən vacibi isə başqalarının seçimlərinə hörmət etməyi bacarmaqdır".
Qeyd edək ki, aktyor Taleh Yüzbəyovun çəkildiyi reklam çarxında qadınların estetik etdirməsini ələ salması tənqid olunub.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Melisa Aslı Pamukdan Paris Moda Həftəsində iddialı geyim! - VİDEO
Türkiyəli aktrisa Melisa Aslı Pamuk oğlunun doğumundan sonra ilk dəfə Paris Moda Həftəsində ictimaiyyət qarşısına çıxıb. xarici mediaya istinadla xəbər verir ki, tədbirdə qırmızı rəngli, dərin sinə dekolteli və şəffaf detallarla işlənmiş libas geyinən Melisa Aslı Pamuk zərif görünüşü ilə moda və maqazi
10 iyulSevgilisi İkardidən ayrıldı - Qısqanclığa görə
"Qalatasaray"ın keçmiş futbolçusu Mauro İkardi ilə aktrisa Çin Suaresin münasibətinin başa çatdığı iddia olunur. xarici KİV-ə istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi cütlüyün şəxsi həyatında davam edən problemlər və İkardinin bəzi davranışları olub. Gündəlik həyatd
2 iyul"Fatih" əsgərlikdə arıqladı
Türkiyəli aktyor Doğukan Güngör hərbi xidmətini başa vurub. Axşam.az xəbər verir ki, Alaçatıda müxbirlərə müsahibə verən aktyor əsgərlik dövründə xeyli çəki atdığını bildirib. "Əsgərlik çox yaxşı keçdi. Çox gözəl dostlar qazandım. Bu müddətdə 9 kilo arıqladım". Qeyd edək ki, Doğukan Güngö
5 iyulZeynep Bastık evlənir: Toy tarixi məlum oldu
Müğənni Zeynep Bastık və aktyor sevgilisi Serkan Tütüncü evlənməyə hazırlaşırlar. xarici mediaya istinadla xəbər verir ki, may ayında Parisdə tətil zamanı Serkan Tütüncüdən evlilik təklifi alan Bastık toy hazırlıqlarına başladıqlarını açıqlayıb. Müğənni bildirib ki, toy sentyabrdan sonraya qalmayaca
6 iyul20 kilo arıqlayan Bergüzar Korel çimərlik paylaşımı ilə diqqət çəkdi
Bergüzar Korel ard-arda keçirdiyi hamiləliklərdən sonra verdiyi 20 kilo ilə diqqət çəkməyə davam edir. xarici mediaya istinadla xəbər verir ki, məşhur aktrisa bu dəfə mavi çimərlik geyimində çəkilmiş fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 2009-cu ildə Halit Ergenç ilə ailə qura
30 iyunNatavan Həbibi rəqqasələrinə görə tənqid atəşinə tutuldu - (Video)
Müğənni Natavan Həbibi çıxış etdiyi tədbirdə yaşanan görüntülərlə sosial şəbəkələrdə gündəmə gəlib. xəbər verir ki, istirahət məkanlarından birində təşkil olunan proqram zamanı sənətçinin səhnə performansı və xüsusilə rəqqasələrinin geyim tərzi internet istifadəçilərinin diqqətini cəlb edib. Qısa müddətd
30 iyunKadir İnanırın vəsiyyəti açıqlandı
77 yaşında orqan çatışmazlığı səbəbindən vəfat edən Kadir İnanırın illər əvvəl verdiyi mühüm qərar ictimaiyyətə açıqlanıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhum sənətçinin anım mərasimində çıxış edən qardaşı oğlu Levent İnanır bildirib ki, aktyor sağlığında bütün orqanlarını bağışlama
30 iyunƏməkdar artist: "O qazancla ailəmə baxa bilməyəcəkdim, müğənni oldum"
"Mən ixtisasca iqtisadçıyam, o sahə üzrə də bir müddət çalışdım. Gördüm ki, 10 uşağıq, hamımız ehtiyac içində idik. Sahəmi dəyişməyə qərar verdim. O qazancla ailəmə baxa bilməyəcəkdim. Anamdan-atamdan xeyir-dua aldım". xəbər verir ki, bu sözləri əməkdar artist Yusif Mustafayev "Xəzər axşamı"
30 iyunEce İrtemin ölümü ilə bağlı ilkin ekspertiza nəticəsi açıqlandı
35 yaşında dünyasını dəyişən türkiyəli aktrisa Ece İrtemin ölümünün ilkin səbəbi açıqlanıb. Axşam.az xəbər verir ki, ekspertiza nəticələrinə görə aktrisanın bədənində zorakılıq, zəhərlənmə və ya ölümə səbəb ola biləcək hər hansı travmatik izə rast gəlinməyib. Bildirilib ki, nəticələr Ecenin infarktda
5 iyul