Həyat yoldaşının burnunu dişləyərək qopardı
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda ailə münaqişəsi dəhşətli hadisə ilə nəticələnib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, Yıldırım məhəlləsində yerləşən Badem küçəsində gecə saat 23:00 radələrində Gökhan G. ilə həyat yoldaşı İmran G. arasında hələlik naməlum səbəbdən mübahisə yaranıb. Qısa müddətdə davaya çevrilən münaqişə zamanı kişi həyat yoldaşının burnunu dişləyərək qopardıb.
Hadisə səslərini eşidən qonşular dərhal 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
Mənzilin qapısı açılmadığı üçün xilasedicilər təhlükəsizlik tədbirləri görüblər. Ehtimal olunan təhlükəyə qarşı binanın qarşısında xilasetmə döşəyi quraşdırılıb. Yaralı qadın yanğınsöndürənlərin nərdivanı vasitəsilə eyvandan təxliyə edilib.
Polis əməkdaşları isə yanğınsöndürənlərin köməyi ilə mənzilə daxil olaraq Gökhan G.-ni saxlayıblar.
İmran G. Turqutlu Dövlət Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra plastik cərrahiyyə müalicəsi üçün Manisa Celal Bayar Universitetinin Hafsa Sultan Xəstəxanasına göndərilib.
Hadisə zamanı evdə olan 5 və 7 yaşlı iki qız uşağının vəziyyətinin yaxşı olduğu bildirilib.
Şübhəlinin polis tərəfindən evdən çıxarılması zamanı hadisəyə etiraz edən sakinlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qısa müddətli qarşıdurma yaşanıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 449 Tarix: 16 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdaşda yaşayış evi kül oldu
Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
12 sentyabr 2021Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır
12 sentyabr 2021Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü
Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind
12 sentyabr 2021Sabirabadda ağır qəza - Ölən və yaralılar var
Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb
12 sentyabr 2021Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi
Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib
15 sentyabr 2021Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı
14 sentyabr 2021Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA
"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y
11 sentyabr 2021Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü
Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa
12 sentyabr 2021Avtoxuliqan polisi maşınla vurub
Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi
17 sentyabr 2021